Əvəz Zeynallı Ramil Usubova müraciət edib

img

26-05-2009 [06:00]


Xəbər verdiyimiz kimi, dünən ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı və baş direktoru Nizami Həsənli Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Müstəqil İnformasiya Agetliyinə açıqlamasında baş redaktor artıq məsələylə bağlı Daxili İşlər naziri Ramil Usubova və Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət etdiklərini bildirib: ?Bu adamlar səhərdən axşamadək insanlara necə fırıldaq gəlmək, harada gizlənmək, necə pul almaq haqqında düşünürlər. Sonra da ?Bütün jurnalistləri sındırmaq lazımdır. Onlar hamısı reketdirlər? deyirlər. Bu ifadələr polis jarqonu deyil. Maraqlıdır, DİN-də polislərə son zamanlar belə bir tapşırıqmı verilir?! Həmin polisi ciddi şəkildə cəzalandırmaq lazımdır. Məndə olan məlumata görə Mehdi Səlimov adlı həmin polis şöbəyə çağrılaraq danlanıb. Belə tərbiyyəsiz, cahil tiplərin polis orqanlarında qalmağı məqsədəuyğun deyil. Bu adamların durduğu yerdə jurnalistləri təhqir etməsi yolverilməzdir. Mən ümid edirəm ki, müraciət etdiyim rəsmi orqanlar məsələyə münasibət bildirəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR