Opera və Balet Teatrının mövsümlə bağlı hesabatı açıqlandı

img

18-06-2009 [03:17]


Dövlət Akademik Opera və Balet Teatrı 100-cü teatr mövsümünü başa vurmağa hazırlaşır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. Mətbuat katibinin fikrincə, teatrın bu mövsümü çox əlamətdar olub: ?Bu il bir neçə tamaşa səhnəyə qoyulub. Dahi bəstəkar Qara Qarayevin ?Yeddi gözəl? baletinin yeni quruluşu çox böyük uğurla qarşılanıb. Tamaşa ölməz sənətkarın 90 illik yubileyinə həsr edilib. May ayında isə dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan Cokkomo Puççinin ?Madam Batteriflyay? operası yenidən bərpa edilərək, tamaşaçıların ixtiyarına verildi. İyunun 14-də isə teatrda daha bir tamaşanın, əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun ?Cırtdan? operasının pirimeriyası keçirildi. Bu tamaşa Uşaq ili çərçivəsində səhnəyə qoyuldu. Hazırda teatrın kollektivi iki tamaşanın quruluşu üzərində çalışır, balet truppası isə P.Çaykovskinin musiqisi əsasında ?Düyməcik? baletini də Uşaq ilinə həsr edəcək. Teatrın muğam bölməsində də qızğın iş gedir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun ?Əsli və Kərəm? operası yeni quruluşda səhnəyə hazırlanır. Tamaşanın pirimeriyası yeni mövsümdə baş tutacaq. Teatr bu mövsümdə tanınmış opera və balet sənəti ulduzlarının iştirakı ilə maraqlı tamaşalar təşkil etmək ənnəsini davam etdirib. Mövsüm ərzində Rusiya Akademik Böyük Teatrı, Santk-Peterburq Marinski Teatrı, Gürcüstan, Ukrayna, Latviya və Belarus Milli operalarının dünya şöhrətli solistləri Bakıda olublar. Teatr rəhbərliyi həmçinin ölkəmizdən kənarda fəaliyyət göstərən yaradıcı gənclərlə sıx əlaqə saxlayır və onlara bakılı tamaşaçılar qarşısında çıxış etmək imkanı yaradır?. Mətbuat xidməti rəhbərinin dediyinə görə, teatr eyni zamanda öz səhnəsində də gənclərə daim meydan verir. Hər olduğu kimi bu mövsümdə də bir neçə gənc vokal, muğam və balet artisti teatrın səhnəsində yaddaqalan debut edib. Onlardan Vüsalə Musayeva, İlkin Əhmədov, Tamilla Məmmədzadə, Teymur Əsgərov, Səbinə Vahabzadə və başqalarını göstərmək olar. Mövsüm ərzində teatrın sənətçiləri bir çox ölkələrdə qastrol səfərində olub. Xalq artisti Azər Zeynalov, Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum İbrahimov, Gülyaz İsmayılova, Əvəz Abdullayev, Fidan Hacıyeva, Zemfira İsmayılova, Samir Cəfərov, Səbuhi İbayev, Təyyar Bayramov Milli vokal və muğam sənətini uğurla təmsil ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR