Kukla teatrı premyeraya hazırlazır

img

17-06-2009 [03:06]


Abdulla Şaiq adına Dövlət Kukla Teatrı premyeraya hazırlaşır. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru Rəhman Əlizadə verib. R.Əlizadənin sözlərinə görə, üzərində məşqlər gedən bu əsər ?Şahzadə? adlanır: ?Elvin adlı bir rejissor var. Çoxdandır ki, bu əsərə müraciət edib. Hazırda məşqlər yekunlaşmaq üzrədir. Ancaq tamaşanın nə vaxta təyin edilməsi hələ müzakirə olunmayıb. Çox güman ki, bu ayın sonunda tamaşa balaca qəhrəmanların ixtiyarında olacaq. ?Şahzadə? bizim teatrın bu mövsümdə son əsəridir. Onu təhvil verib istirahətə yollanacağıq?. Direktor onu da deyib ki, teatr xarici ölkələrdə keçirilən beynəlxalq festivallara da dəvət alıb. Onun sözlərinə görə, bu festivalar gələn mövsümdə baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA