irəvan Teatrı ?Xilaskar?ı 9 rayonda təqdim edib

img

17-06-2009 [03:04]


İrəvan Dövlət Azərbaycan Dram Teatrı dünən qastroldan qayıdıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrdan verilib. Qeyd edək ki, iyunun 10-dan 14-dək olan səfər çərçivəsində teatr Azərbaycanın bir çox rayonlarında- Qobustan, Qax, Şəki, Ağdaş, Şəmkir, Zərdab, Bərdə, Gədəbəy və İsmayıllı rayonlarında olub. Teatrdan onu da bildiriblər ki, yaradıcı heyət adıgedən bölgələrdə teatrsevərlərə Aqşin Babayevin ?Xilaskar? əsəri əsasında quruluş verilən tamaşanı təqdim edib. Tamaşda İxtixar Piriyev, Oruc Qurbanov, Elnarə Heydərova, Süleyman Nəcəfov, Elmira İsmayılova, Vaqif kərimov, Niyaməddin Səfərəliyev və başqalarını rol alıb. Teardan verilən məlumata görə, qarşıda yaradıcı heyəti daha bir səfər gözləyir. İyunun 30-da baş tutacaq səfərin hansı məkana olacağı hələ dəqiqləşməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA