26 iyun-Silahlı Qüvvələr günü hərbi parad keçirilməyəcək

img

17-06-2009 [01:40]


?Azərbaycanın Silahlı Qüvvələr günü ilə bağlı ?Azadlıq? meydanında hərbi paradın keçirilməsi nəzərdə tutulmayıb?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib. Xidmət sözçüsü ictimaiyyət nümayəndələri, həmçinin deputat və qeyri-hökumət təşkilatlarının sərhəd bölgələrinə etdikləri səfərlərinə də toxunub. O, belə səfərlərin davamlı olacağını deyib: ?Əvvəllər də Tovuz və Ağdam istiqamətində yerləşən hərbi hissələrdə tədbirlər keçirilib. Bu səfərlər ictimai nəzarəti həyata keçirməyə xidmət edir. Hərbi hissələrə baş çəkmək istəyən millət vəkilləri, QHT nümayəndələri, jurnalistlər istədikləri hərbi hissələri ziyarət edə bilərlər?. Abdullayev hərbi hissələrdəki hazırki vəziyyəti normal sayıb: ?Ordu barədə bəzilərinin dedikləri tamamilə cəfəngiyyatdır. Elə belə söz-söhbətlərdən sonra hərbi hissələrə səfər edən millət vəkilləri, QHT nümayəndələri, jurnalistlər də bunun yalan olduğunu gördülər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR