Ramil Qasımovun ?Hərbi vətənpərvərlik? mahnılarından ibarət diskinin təqdimat mərasimi keçiriləcək

img

15-06-2009 [06:11]


Azərbaycan Dövlət Televiziyasının solisti, vokalçı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının gənc və çox istedadlı aktyorlarından olan Ramil Qasımov ?Hərbi vətənpərvərlik? mahnılarından ibarət diskin təqdimat mərasimini keçirəcək. 16 iyun saat 16:00 da baş tutacaq bu mərasim ?Azərsun Holdinq? Mədəniyyət Mərkəzində təşkil olunacaq. Mərasimin təşkilatçısı da, məhz elə ?Azərsun Holdinqdi?. Qeyd edək ki, tamaşaçılar Ramil Qasımovu Ü.Hacıbəyovun ?O olmasın, bu olsun? tamaşasında Sərvər, S.Ələsgərov, Ş.Qurbanovun ?Milyonçunun dilənçi oğlu? tamaşasından isə Yetim rolları ilə tanıyırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA