Həmkarları Elza Seyidcahanı boykot etdilər

img

14-06-2009 [06:16]


[b]İlhamə, Aygün və Faiq onun dəvətini yerə salıb, konsertinə gəlmədilər [/b] Həm geyimi, həm də qəribə işləri ilə estradamızın ən ekstravaqant müğənnisi adı qazanan Elza Seyidcahanın dillərə düşən zookonserti, nəhayət ki, baş tutdu. Sözün düzü, çoxlarına konsertin özü deyil, onun necə həyata keçiriləcəyi maraqlı idi. Xatırladaq ki, bu konsertlə sənətçinin Ginnesin rekordlar kitabına düşmək istəyi də var idi. Dünən Binə hippodromunda baş tutan konsert öz qəribəliyi ilə hələ xeyli müddət müzakirə mövzusu olacaqdır. İlk olaraq qeyd edək ki, Elza Seyidcahanın konserti 800 nəfər üçün nəzərdə tutulsa da, daha çox adam qatılmışdı. Bu isə həddən artıq basabasın yaranmasına səbəb olmuşdu. Konsertə gələnlər də özləriylə it, pişik, hətta meymun gətirmişdilər. Konsertin vaxtından gec başlaması isə narazılığa səbəb oldu. Elza xanım özünə daha çox əziyyət verməmək üçün ilk olaraq, səhnəni az tanınan müğənnilərlə paylaşdı. Günel Məhərrəmova ilə Ayan Mirqasımovanın daha çox səhnədə yer alması narazılıqları böyütdü. Bundan duyuq düşən E.Seyidcahan gec də olsa, 5 müxtəlif heyvan paltarı geymiş adamların müşayiəti ilə səhnəyə çıxdı. Elza xanım konsertinə Brilliant Dadaşovanın, Flora Kərimovanın, Xatirə İslamın və Natəvan Həbibinin gəlməsi ilə öyündü. Bu zaman isə bəlli oldu ki, bir çox həmkarları Elza Seyidcahanı boykot ediblər. Xüsusən də İlhamə Quliyeva, Aygün Kazımova, Faiq Ağayev onun dəvətini yerə salıb, konsertə qatılmadılar. İlhamə xanımın gəlməməsinin səbəbini onun Markiz adlı pişiyinin istirahət etməsi ilə əlaqələndirdilər. Bu konsert həm də Elza Seyidcahanın "tapmacasını" açdı. Məlum oldu ki, bir neçə il öncə müğənni belə bir mahnı oxuyub. İndi onu yada salmaq istəyir. Konsertdə həm də heyvanların müdafiəsi işinin gücləndiriləcəyi və bu məqsədlə cəmiyyətin yaradılacağı da bildirildi. Həmin cəmiyyətin inkişafı üçünsə konsert iştirakçılarından ianə yığıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA