Kərəm Həsənov Arif Qarazovu həbs etdirmək istəyir

img

14-06-2009 [06:13]


Prezident İlham Əliyevin mayın 19-da verdiyi sərəncamla ləğv olunan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin bazasında yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tabeliyinə verilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1997-ci ildən bəri verdiyi bütün kupçaları təftiş etdirir. Bu barədə "Reytinq"ə sözügedən komitənin əməkdaşlarından biri məlumat verib. Onun sözlərinə görə, xidmətin avtomobilləri üçün nəzərdə tutulmuş benzin talonları da daxil olmaqla, vətəndaşlara verilən və şübhə doğuran kupçalarla bağlı da araşdırma aparılır: "Kərəm Həsənov belə hesab edir ki, xidmətin istifadəsində olmuş avtomobillərin bəziləri vəzifəli şəxslərin ailə ehtiyacları üçün sərf olunub. Bunun üçün də gün ərzində nəzərdə tutulan yanacaq normalarından çox istifadə edilməklə, dövlətə xeyli ziyan vurulub. İkinci ən əsas məqam isə xidmətin ayrı-ayrı ərazi idarələrinin səlahiyyətlərini aşaraq, qeyri-yaşayış sahələrinə kupça verilməsidir ki, Kərəm Həsənov daha çox bu məsələnin üstündə dayanıb". Müsahibimizin iddiasına görə, məhz sonuncu məsələ illərdir ki, Kərəm Həsənovla Arif Qaraşov arasında kəskin ziddiyyətlərin yaranmasına səbəb olub: "Bu iki şəxs zaman-zaman bir-birlərini səlahiyyətlərinə müdaxilə etməkdə günahlandırıblar. Yəni Kərəm Həsənov Arif Qaraşovu qeyri-yaşyış yerlərini qanunsuz sənədləşdirməkdə, Qaraşov isə onu yaşayış sahələrini özləşdirməklə qanunu pozmaqda ittiham edib. Hətta aralarındakı narazılıq məhkəmə çəkişmələrinə də səbəb olub. Hər iki qurum arasında indiyədək bəlkə də yüzdən çox məhkəmə çəkişməsi baş verib. Amma bu illər ərzində onlardan heç biri addımdan geri çəkilməyib. İndisə Kərəm Həsənov üstün mövqeyə çatıb və Arif Qaraşovun xidmətə yenidən rəhbərlik edib-etməyəcəyi də bəlli deyil. Amma deyilənə görə, Kərəm Həsənov Qaraşovla məsələni birdəfəlik çözmək üçün tutarlı faktlar toplamağa çalışır. Onun üçün də ilk növbədə qeyri-yaşayış sahələrinə verilən kupçaların ciddi təftiş edilməsi prosesinə başlayıblar. Yəqin ki, komitə sədri toplanmış kompromatlardan istifadə edərək, Qaraşovun iddialarının üstündən xətt çəkməyə çalışacaq". Müsahibimizin sözlərinə görə, K.Həsənov bu təftişə o qədər ciddi yanaşır ki, bu da komitə və xidmətin əməkdaşlarında şübhələr yaradıb: "Məlumatlı şəxslər deyirlər ki, Kərəm Həsənov aşkarlanan qanunsuzluqlardan istifadə edərək, təkcə Arif Qaraşovun karyerasına son qoymağı düşünmür, həm də onun həbsinə çalışır. Hətta o da bildirilir ki, Qaraşov da onu gözləyən təhlükədən xəbərdar olduğu üçün önləyici tədbirlərə əl atır. Yəqin ki, yaxın həftələrdə onlar arasında uzun zamandır davam edən çəkişmə məntiqi sonluqla yekunlaşacaq. Çünki qarşıdakı həftələrdə prezident İlham Əliyevin yeni komitənin əsasnaməsini təsdiq etməklə, bəzi məsələlərə aydınlıq gətiriləcəyi gözlənilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq