Könül Xasıyevanın yeni musiqi albomu hazırlanır

img

12-06-2009 [02:15]


Əməkdar artist, tanınmış muğam ifaçısı Könül Xasıyeva yeni layihələr üzərində işləyir. Muğam ifaçısının Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, yeni muğamlar yazdırır. ?Xalq və bəstəkar mahnıları, təsniflər də onların arasında yer alıb. Bunlar tamamlanan kimi yeni albomum işıq üzü görəcək. Çalışıram ki, pərəstişkarlarıma hər il yeni albom təqdm edəm?,- deyən K.Xasıyeva eyni zamanda toylarının da çox olduğunu bildirib. Avqustun sonlarına kimi toy şənliklərinə dəvətli olan xanəndə bir də Ramazan ayında rahatlıq tapacağını dilə gətirib: ?Mənim yalnız Ramazan ayında boş vaxtım olur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA