Fidan Qasımova klassik-vokal əsərlərdən ibarət konsert verəcək

img

11-06-2009 [02:01]


Xalq artisti Fidan Qasımova solo-konsert vermək fikrindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumatı sənətkarın bacısı, xalq artisti Xuraman Qasımova verib. ?Fidan uzun zamandır ki, bu layihə üzərində işləyir. Nəhayət ki, onun arzusu reallaşmaq üzrədir. Artıq konsertə bir neçə gün qalıb. Konsert iki hissədən ibarət olacaq. Rusiyanın xalq artisti, tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Yuri Rozun həmin gün Fidan Qasımova ilə eyni səhnəni paylaşacaq. Fidan Qasımova bu konsertdə klassik-vokal musiqiləri səsləndirməyi üstün tutub. Onların arasında bəzi əsərlər 17-ci əsəri əhatə edir?,- deyən Xuraman Qasımova bildirdi ki, tamaşaçılar arasında məhz Qasımova bacılarının sənətinə qiymət verən şəxslər üstünlük təşkil edəcək: ?Elə insanlar var ki, bizim yaradıcılığımızı ömrü boyu izləyib. Düşünürəm ki, onlar bu konsertdə də bizimlə olacaqlar. Klassik-vokal musiqisi həmişə Azərbaycan xalıqının maraq dairəsində olub?. Qeyd edək ki, Fidan Qasımovanın bu konserti iyunun 23-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA