Voleybolçu qızlarımız "Yeltsin" kubokuna hazırlazır

img

10-06-2009 [05:36]


Futbol yığmamızdan fərqli olaraq, öz uğurları ilə azarkeşlərə sevinc bəxş voleybol üzrə qadınlardan ibarət milli komandamız təlim-məşq toplanışına başlayacaq. Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, iyunun 11-dən 13-nə kimi qurumun bazasında hazırlaşan qızlarımız hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirəcək. Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında iki həftə məşq prosesi keçən milli komanda ayın 26-da Rusiyanın ilk prezidenti Boris Yeltsinin şərəfinə keçirilən ənənəvi "Yeltsin" kubokunda iştirak etmək üçün bu ölkəyə yollanacaq. İyunun 27-dən iyulun 2-nə kimi keçirilən turnirdə Hollandiya, Rusiya, Belarus, Kuba kimi güclü komandalar da iştirak edəcək. Qeyd edək ki, baş məşqçi Faiq Qarayev heyətə Türkiyədə, eləcə də digər ölkələrdə legioner həyatı yaşayan Oksana Parxomenko, Valeriya Korotenko, Natalya Məmmədova kimi voleybolçularımızı da cəlb edib. İNTİQAM

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA