Zeynal Məmmədov: ?Adamiya kizi kimi söz vermizdi ki, Azərbaycanda ancaq ?Bakı?da oynayacaq?

img

18-06-2009 [04:46]


?Gedib, gedib də. İndi nə edə bilərik? Amma Adamiya mənə kişi kimi söz vermişdi ki, Azərbaycanda ancaq ?Bakı?da oynayacaq?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Georgi Adamiyanın ?Xəzər-Lənkəran?a transfer olunmasına münasibət bildirərkən, ?Bakı?nın baş meneceri Zeynal Məmmədov deyib. Klub rəsmisi bildirib ki, o, artıq Adamiya ilə danışarkən futbolçunun könlünün ?Xəzər-Lənkəran?da olduğunu hiss edib: ?Adamiya mənə demişdi ki, legioner həyatı yaşamaq istəyir. Bakıya qayıtdıqdan sonra görüşümüz oldu. Məndən ?Bakı?da oynamaq üçün elə bir məbləğ istədi ki... O yaxşı bilirdi ki, biz ona həmin pulu verməyəcəyik. Ona görə də məbləği qəsdən şişirtdi ki, ?Xəzər-Lənkəran?a keçsin. Bir daha deyirəm ki, o gözəl anlayırdı ki, ?Bakı? istədiyi məbləği verməyəcək?. Klub rəsmisi bildirdi ki, nə Adamiyanın, nə də Cəmşid Məhərrəmovun gedişi ?Bakı? üçün itki hesab olunmayacaq: ?Burada könlü olmayanı onsuz da komandada saxlamarıq. Gediblərsə, özləri bilərlər. Biz onların əvəzinə qat-qat güclü futbolçular transfer edəcəyik. 1-2 nəfərin gedişi ?Bakı? üçün problem deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA