RTi-nin keçirdiyi sorğunun nəticələrinə görə, azərbaycanlılar Barak Obamaya inanır

img

10-06-2009 [05:06]


Regional Təhlükəsizlik Institutu (RTİ) respondentlər arasında sorğu keçirib. Sorğuda ABŞ prezidenti Barak Obamanın müsəlmanlara etdiyi müraciətə münasibət araşdırılıb. Buna görə iki suala mövqe bildirilib. [b]Suallar belədir:[/b] 1.Barak Obamanın müsəlmanlara etdiyi müraciətdən razı qaldınızmı? 2.Barak Obamanın müraciəti ABŞ-ın şərq bölgəsində ki, siyasətinə müsbət təsir göstərəcəkmi? Sorğuda 420 nəfər Azərbaycan vətəndaşı iştirak edib. Bunlardan -20 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları; -50 nəfər Bakı Dövlət Universitetinin tələbələri; -15 nəfər jurnalist; -15 nəfər orta məktəb müəllimi; -15 nəfər QHT nümayəndəsi; -50 nəfər fəhlə; -50 nəfər evdar qadın; -100 nəfər müxtəlif universitet tələbələri; -105 nəfər orta məktəb şagirdi iştirak edib. [b]Nəticələr belədir;[/b] 1.Barak Obamanın müsəlmanlara etdiyi müraciətdən razı qaldınızmı? Bəli- 73 faiz Xeyir-12 faiz 15 faiz isə müraciətlə maraqlanmadığını bildirib. 2.Barak Obamanın müraciəti ABŞ-ın şərq bölgəsində ki, siyasətinə müsbət təsir göstərəcəkmi? Bəli- 45 faiz Xeyir-24 faiz 31 faiz isə maraqlanmadığını bildirib. RTİ-nin ekspertləri sorğunun belə nəticələnməsinin səbəblərini aşağıdakı kimi izahlayır. Birinci suala verilən cavabın gözlənilən cavab olduğunu bildirən ekspertlər hesab edir ki, Barak Obamanın müsəlmanlara etdiyi müraciət əslində kompleks yanaşmanın tərkib hissəsidir. Hələ prezident seçkiləri zamanıda Barak Obamaya müsəlmanlar arasında inam böyük olub. Hətta bir sıra şərq dövlətləri Barak Obamaya xoş münasibətlərinidə bildirmişdilər. Barak Obama isə qarşılığında şərq ölkələri ilə münasibətlərə yenidən baxacağını, islam dininə yanaşmada yol verilmiş yanlışlıqları aradan qaldıracağını bildirmişdi. O cümlədən,Iraqdan qoşunların geri çağrılması, Quantonama həbsxanasını bağlayacağını bəyan etmişdi. Prezident seçkilərindən sonra verdiyi vədləri həyata keçirtməsi, qısa zaman kəsiyində Türkiyə başda olmaqla bir neçə şərq ölkəsinə səfər etməsi onun məsələyə ciddi yanaşdığını təsdiqlədi. Məhz bu amillərə görə Barak Obamanın çıxışı yüksək dəyərləndirilib. İkinci suala verilən cavabda özlüyündə maraqlıdır. Amma 24 faizlik auditoriyanın inamsızlıq nümayiş etdirmələrinində bir sıra səbəbləri var. RTİ-nin ekspertləri bu inamsızlığın səbəblərini aşağıdakı bəndlərdə görür; - Fələstin probleminin mövcudluğu; - Radikal dini qurumların ABŞ-a qarşı sərt mövqe sərgiləməsi; - Şərq dövlətlərinin əksəriyyətində avtoritar rejimin mövcudluğu. Xatırladaq ki, bu sorğu RTI-un ikinci sorğusudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR