Hacı Məmmədov: "Əzrayıl gəlib qapımı döysə, birinci mən özümü onun qucağına ataram?

img

08-06-2009 [11:02]


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədovla bağlı hər xəbər diqqət doğurur. Banda başçısının İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova yeni rəsm əsərini hədiyyə eləməsi də təbii olaraq maraqla qarşılandı. Komitə sədrinin bu barədə açıqlamasını oxuyan kimi onunla əlaqə yaradıb sözügedən rəsm əsərinə baxmaq istədiyimizi çatdırdıq. E.Behbudov xahişimizi nəzərə alıb H.Məmmədovun yağlı boya ilə çəkdiyi rəsm əsərinə baxmağımıza və bu barədə yazı hazırlamağımıza yardımçı oldu. ?Bu, artıq H.Məmmədovun mənə bağışladığı üçüncü şəkildir? - deyə, kətan parça üzərində yağlı boya ilə çəkilmiş əsəri bizə təqdim etdi. Oxucularımızın nəzərinə çatdıraq ki, taxta parçaları üzərinə bərkidilmiş kətanın üzərində gözəl bir xanım təsvir olunub. Həmin xanım qəzəbli şirin boynuna salınmış zəncirdən tutub. Yaşıl çəmənlikdə ayaq üstə dayanmış xanımın sağ tərəfində 3, sol tərəfində 2 ağ göyərçin qanad çalan yerdə əks olunub. Şəklin arxasında isə ?Hörmətlə Elçin Behbudova yadigar! H.Məmmədov 05.06.2009-cu il? yazılıb və imza qoyulub. E.Behbudovun sözlərinə görə, H.Məmmədov şəkli özü hüquq müdafiəçisinə bağışlamaq istədiyini deyib: ?Keçən dəfə görüşəndə demişdi ki, Elçin müəllim, səninçün bir şəkil çəkirəm. Bitirəndən sonra sənə bağışlayacağam?. Elə əvvəlcədən də arxasında ?Hacı Məmmədovdan Elçin Behbudova yadigar? yazmışdı". H.Məmmədov E.Behbudovla söhbətində şəkildəki təsvirlərin hamısının mənasının olduğunu bildirib: ?Dedi bu göyərçin, şir, qadın təsvirləri hamısı paroldur. Ancaq mən sizə bu parolu açmayacağam?. Olmaya H.Məmmədov bu şəkillə bayıra hansısa işarələr vermək istəyib? Hüquq müdafiəçisi bu barədə heç nə deyə bilməyəcəyini söylədi: ?Hər şey ola bilər?. Maraqlıdır, parollu şəklin MTN-in İstintaq Təcridxanasından çıxarılmasına maneçilik olubmu? E.Behbudov: ?MTN-də də baxdılar. Gördülər ki, hədiyyə verilən şəkildir. Keçən dəfə isə mənə Londondakı saatın təsvirini hədiyyə etmişdi. Eynəkli kişi əlində tapança tutmuşdu. Bir nəfər də yıxılmışdı. Bu, Hacı Məmmədovun fantaziyasıdır?. H.Məmmədov hüquq müdafiəçisinə həvəskar rəssam olduğunu söyləyib. E.Behbudov dedi ki, H.Məmmədov bundan əvvəl onun müavini Bayram Sadıxova da şəkil bağışlayıbmış: ?Başqa kimlərə hədiyyə verib, deyə bilmərəm. Ancaq mənimlə görüşə gələndə gördüm ki, özü ilə gətirib?. Demə, ailə üzvləri H.Məmmədovun tapşırığına əsasən ona şəkil çəkmək üçün lazım olan ləvazimatları - fırçaları, yağlı boyaları, kətan parçanı gətirirlər, o da yeni əsərlərini yaradır. Elçin Behbudovun sözlərinə görə, H.Məmmədov saxlanma şəraitindən şikayətinin olmadığını bildirib. Hüquq müdafiəçisindən onu da öyrəndik ki, H.Məmmədov artıq təbii üsulla müalicəyə keçib: ?Bildirdi ki, özümü otlarla müalicə edirəm. Yəni evdən ?peredaça" gətirəndə tapşırır, istədiyi otu ona gətirirlər, istifadə edir". Bundan əvvəl H.Məmmədovun intihar etmək istədiyi haqda dəfələrlə məlumatlar yayılıb. Ümumiyyətlə, dəstə başçısının belə bir niyyəti varmı? E.Behbudov: ?O mənə bir söz dedi. Dedi ki, Əzrayıl gəlib mənim qapımı döysə, birinci mən özümü onun qucağına ataram. Bu, intihara meyllilik əlaməti deyil. Həyatdır, bu da insandır. İnsan var ki, hər şeydən bezir, gördüyü əməllərə görə peşimançılıq keçirir?. İndiyədək H.Məmmədovun MTN-də saxlanmasının səbəbinə gəldikdə, E.Behbudov bildirdi ki, bu barədə də ondan soruşub: ?Dedi hələ istintaqım gedir?. "Yeni Musavat"

Digər xəbərlər
SON XƏBƏRLƏR