Qurtuluz günü Dənizkənarı Milli Parkda konsertlə yanazı atəzfəzanlıq da olacaq

img

10-06-2009 [03:31]


15 İyun Qurtuluş günüdür. Bu məqsədlə Dənizkənarı Milli Parkda möhtəşəm konsert proqramı planlaşdırılır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə əməkdar artist Baloğlan Əşrəfov məlumat verib. ?Qurtuluş günü münasibətilə Bakının bəzi rayonlarında və respublikanın digər bölgələrində də konsert proqramları düzənlənəcək. Mən bu proqramların əksəriyyətinə dəvət almışam. Qurtuluş gününü ilk qeyd edən rayon isə Binəqədi olacaq. İyunun 12-si həmin rayonda keçiriləcək konsert proqramına dəvət almışam. Bu günə kimi repertuarımda olmayan bir mahnı ifa edəcəyəm. İyunun 15-i isə Dənizkənarı Milli Parkda düzənlənəcək konsert proqramına dəvətliyəm. Bu konsert Bakı Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq?,- deyən B.Əşrəfov konsertin sonunda möhtəşəm bir atəşfəşanlığın olacağanı da bildirdi. Qeyd edək ki, həmin konsertdə şou-biznesin sayılıb-seçilən nümayəndələrinin də iştirakı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA