Rəzid Behbudovun anım günü Mahnı Teatrında keçirildi

img

09-06-2009 [04:09]


Bu gün şöhrətli sənətkar, xalq artisti Rəşid Behbudovun xatirə günüdü. Bu məqsədlə mərhumun adını daşıyan Dövlət Mahnı Teatrı tədbir keçirib. Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrdan verilən məlumata görə, mərasim səhər saatlarında mərhumun uyuduğu Fəxri xiyabandan başlayıb: ?Biz teatr olaraq, hər il onun doğum və anım gününü keçiririk. Teatrın bütün yaradıcı heyəti Fəxri xiyabandaydı. Mərasimə mərhumun həyat yoldaşı Ceyran xanım, kürəkəni Kamil Şahverdiyev də gəlmişdi. Hamı onun keçdiyi həyat yolundan söhbət açıb, ruhuna dualar oxuyub, qəbrinin üstünə gül dəstələri qoydular. Sonra isə tədbir iştirikçıları teatra qayıtdı?. Teatrdan verilən məlumata görə, Rəşid Behbudovun ailə yadigarı, qızı Rəşidə Behbudova atasının xatirə gününə həsr olunmuş mərasimdə iştirak etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA