Heydər Əliyev Sarayı mövsümü sentyabradək bağladı

img

09-06-2009 [04:05]


Heydər Əliyev Sarayı yaz mövsümünü başa vurdu. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından verilib. Qeyd edək ki, Heydər Əliyev Sarayı yola saldığı mövsümdə ən çox solo-konsertlərlə yadda qaldı. Şou-biznesin yerli nümayəndələri ilə yanaşı Türkiyə, Gürcüstan, Rusiya kimi ölkələrin də sənətçiləri eyni səhnəni bölüşdülər. Mövsümün ən təmtəraqlı tədbiri isə Beynəlxalq Muğam Festivalı ilə yadda qaldı. Saraydan verilən məlumata görə, bu mövsümün son konserti Azəri qızı Günelin ifasıda baş tutub. Qeyd edək ki, sözügedən mədəniyyət ocağı tamaşaçılarını bir də sentyabrda salamlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA