Kinorejissorlar iTV-dən Ali Məhkəməyə zikayət edəcək

img

08-06-2009 [05:12]


Kinorejissorlar Gildiyası İctimai Televiziyadan (İTV) Ali Məhkəməyə şikayət etməyə hazırlaşır. Bunu Müstəqil İnformasiya Agentliyinə Gildiyanın mətbuat katibi Şahirə Tacəddin deyib. ?Apellyasiya Məhkəməsi artıq başa çatıb. Onlar birinci məhkəmənin çıxardığı və İTV-nin xeyrinə olan qətnaməni qüvvədə saxladı. Ona görə də Ali Məhkəməyə şikayət edəcəyik. Hazırda Ali Məhkəmə ilə bağlı sənədləşmə işləri aparılır. Burada söhbət 200 müəllifin pozulmuş və tapdanmış hüquqlarından gedir. Bütün dünyada müəlliflərə hörmət olduğu halda, Azərbəycanda niyə olmasın? Bunu nəzərə alan Kinorejissorlar Gildiyası müəlliflərimizin pozulmuş hüquqlarını qorumağa çalışır?,- deyən mətbuat katibi İTV-nın bu məsələdə həqiqətən də günahkar olduğunu bildirib. Ş.Tacəddinin sözlərinə görə, Ali Məhkəmə də işi İTV-nın xeyrinə həll edərsə, Kinorejissorlar Gildiyası Avropa Məhkəməsinə müraciət etməli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA