Aygün Bayramova: ?ATV zou kanalıdır, qarızqanı böyüdüb fil edir?

img

08-06-2009 [05:08]


Xalq artisti Aygün Bayramova bu günlərdə İran İslam Respublikasından səfərdən qayıdıb. Onun Müstəqil İnformasiya Agentliyinə verdiyi açıqlamasına görə, səfər Azərbaycanın Tehrandakı səlahiyyətli nümayəndəsinin dəvəti ilə baş tutub. Qeyd edək ki, həmin səfərdə A.Bayramova ilə yanaşı xalq artisti Mənsum İbrahimov, Təyyar Bayramov, Elçin Həşimov, Elnur Əhmədov da olublar. Üç gün müddətində davam edən səfər çərçivəsində heyət muğamlar və xalq mahnıları ifa ediblər. Amma əsl bayram payızda olacaq. A.Bayramova Azərbaycan tamaşaçılarını sevindirəcək: ?Solo-konsert proqramım var. Hazırda bununla bağlı yeni işlər gedir. Sadəcə, bu konsertin vaxtı bəlli deyil. Bir də həmin konsertdə mən tək olacam.? Xalq artisti açıqlamasında ?Xalq ulduzu-3? yaraşmasını daha izləmədiyini də dedi. Onun sözlərinə görə, bəziləri bunu şouya çevirmək istəsələrdə, buna imkan verməyib: ?Xalq ulduzu? yaraşmasına baxmağa vaxtım yoxdur. Evdə ancaq yaradıcılıq işləri ilə məşğulum. Mən şou adamı deyiləm, sənətkaram. Şou mənlik deyil. ATV şou kanalıdır, qarışqanı böyüdüb fil edir. Təbii ki, bunlar Aygün Bayramovaya yapışmaz və mən cılız hisslərlə yaşayan insan deyiləm. İşi-gücü olmayan insanlar belə işlərlə məşğul olur. Onun-bunun arasını vurub gündəmdə qalmağa çalışırlar. Mənim bu yarışmada bir tələbəm var. Mən həmin tələbəmi belə dinləmirəm, sadəcə, ona repertuar seçimində köməklik edirəm. Kim mənə müraciət etsə, ona dəstək verərəm. Tərbiyyəm budur. Amma arada söz gəzdirənlər var. Ümumiyyətlə, mən küsülü qalmağı sevmirəm. Arada söz gəzdirənlər isə işləri korlayır. Ola bilər ki, insan daxilən kimdənsə incisin. Mən demirəm ki, Aybəniz xanımla bir incikliyim var. Ürəkdə nəsə ola bilər, amma biz uşaq deyilik, həmişə bir-birimiz hörmətlə yanışırıq?. Amma ?Xalq ulduzu-3? yarışmasının münsiflər heyətindən yarımçıq gedən A.Bayramova ?Əgər mənə o müsabiqədən yenə dəvət gəlsə, imtina edəcəyəm. Çünki mənim vaxtım yoxdur. Sənət hər şeydən üstündü. Ora ayırdığım vaxtda sənətlə məşğul olsam, daha yaxşıdır?,-deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA