?Gənc Liderlər? Uzaq Təzkilatının üzvü müsiqi yarızmasında birincilik əldə edib

img

08-06-2009 [12:59]


?Gənc Liderlər? Uşaq Təşkilatı(GLUT) 2009-cu il ?Uşaq İli?ndə daha bir böyük uğur qazanıb. Təşkilatın Mədəniyyət departanmentinin üzvü Cavid Məmmədov bu günlərdə Gürcüstanda uşaqlar arasında keçirilən beynəlxalq müsiqi yarışmasında birincilik əldə edib. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə GLUT sədri Fərid Şahbazlı verib. Onun sözlərinə görə, Gürcüstanın məşhur ?Rustavelli? teatrında təşkil olan yarışmada Cavid Məmmədov royal və fleyta da çıxış edib. GLUT üzvünün ifasında səslənən qədim Azərbaycan mahnısı ?Sarı Gəlin?, ?Qarabağ şikəstəsi? və məşhur gürcü mahnısı ?Tiblisova? dinləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanıb. Fərid Şahbazlının sözlərinə görə, Cavid yarışmada bədxah düşmənlərimiz ermənilərin iddia etdiyi ?Sarı Gəlin? mahnısını mükəmməl ifa etməklə bir daha bu musiqinin bizə məxsus olduğunu sübut edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA