Ənvər Yavəroğlunun "Dostluq romanı"

img

07-06-2009 [08:59]


[b]Aqil M.Quliyev gənc yazıçının əsərinə mini-film çəkəcək [/b] 27 yaşlı gənc yazar Ənvər Yavəroğlu "Dostluğun romanı" adlı ilk kitabına təqdimat keçirdi. Müəllif kitab barədə qəzetmizə aşağıdakıları bildirdi: "Dostluğun romanı" iki dostun - Yaşar və Uyğurun bir anlıq dəyişən taleyindən bəhs edir. Süjetində macəra, romantika və kriminal anlar da olan bu romanı məhz dostluğa həsr etmişəm. Məncə, dünyanı qurtaracaq bütün gözəlliklərin kökü dostluqdur. Az müddətdə çıxmasına baxmayaraq, bu kitab gözlədiyimdən daha çox oxucu reaksiyasına səbəb oldu. Bəlkə də buna səbəb nəql etdiyim əhvalatın real hadisələrə söykənməsidir. Oxucuların reaksiyası növbəti kitabı yazmağıma əsas verir. Əlbəttə ki, məşhur yazarların da xeyir-duasını almaq istərdim". Ənvər bəy digər "Qovuşdur bizi" adlı ailə sədaqətindən bəhs edən əsərinin rejissor Aqil M.Quliyev tərəfindən ekranlaşdırılacağını və artıq 6 dəqiqəlik qısametrajlı filmin çəkilişlərə start verildiyini də bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA