Mətbuat Şurasında anım mərasimi keçirilib

img

05-06-2009 [06:16]


İyunun 5-də Azərbaycan Mətbuat Şurasında milli jurnalistikamızın tanınmış nümayəndəsi Nəriman Zeynalovu anım mərasimi keçirilib. Şura sədri Əflatun Amaşov tədbiri açaraq N.Zeynalovun həyat və fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salıb, mərhumun müasir mediamız üçün də örnək ola biləcək cəhətlərindən söhbət açıb. Sonra ölkə mediasının tanınmış nümayəndələri, alimlər, mütəxəssis və publisistlər çixiş ediblər. Oqtay Cəfərovun, Mailə Muradxanlının, Əhməd İsayevin, Cahangir Məmmədlinin, Kamran Nəzirlinin, Yusif Kərimovun, Əlövsət Bəşirovun, Mahmud Mahmudovun, Akif Rüstəmovun, Vaqif Bəhmənlinin çıxışlarında yenilikçi-jurnalist, cəsarətli redaktor kimi xarakterizə olunan N.Zeynalovun elm xadimi kimi də xidmətlərindən danışılıb, müasir jurnalistikamızın inkişafında oynadığı misilsiz rol ətraflı təhlil olunub. Mərhumun övladları adından oğlu Namiq Zeynalov çıxış edərək atası ilə bağlı xatirələrindən söz açıb. O, istedadlı qələm sahiblərinin irsinin yaşadılması istiqamətindəki təşəbbüslərinə və anım tədbirlərinə görə Azərbaycan Mətbuat Şurasına minnətdarlığını bildirib. N.Zeynalov 1933-cü ildə Göyçay rayonunda anadan olub. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib və mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq ?Kommunist? qəzetində ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov ?Molla Nəsrəddin? jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb. N.Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. 1977-ci ildən başlayaraq 10 ilə qədər ?Sovet kəndi? qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR