?Canlanma? tarixi metaromanı ?Gəncliyin kitabı? elan edildi

img

08-06-2009 [05:43]


Dalğa Gənclər Hərəkatı yazıçı Taleh Şahsuvarlının ?Canlanma? tarixi metaromanını ?Gəncliyin kitabı? elan edib. Bu barədə qərarı Dalğa Gənclər Hərəkatının İdarə Heyəti qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Dalğa Gənclər Hərəkatı kitabı gənclərə tövsiyə edərkən ?Canlanma?nın Azərbaycanda tarixi metaroman janrında yazılan ilk əsər olmasına, kitabda Azərbaycanda insan hüquq və azadlıqları uğrunda gedən mübarizənin, Avropa məkanına inteqrasiyanın doğurduğu problemlərin bədii həllinin tapılmasına, ölkədə demokratiyanın tarixi köklərinə yeni baxış ortaya qoyulmasına, gənclərin ictimai-siyasi fəallığının dəstəklənməsinə əsas meyarlar kimi istinad edib. Bu qərarı şərh edən Dalğa Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Orxan Nəbiyev bildirib ki, ?bizim qurum gənclərin maarifləndirilməsi, gənclər arasında kitabın təbliği və oxu mədəniyyətinin gücləndirilməsi istiqamətində hər zaman maraqlı olub və konkret addımlar atıb.? Taleh Şahsuvarlının ?Canlanma? əsərinin ?gəncliyin kitabı? elan edilməsi bizim söz və ifadə azadlığına, ədəbi yeniliklərə və gənclər arasında demokratik həmrəyliyə növbəti dəstəyimizdir. Biz bütün gəncləri Azərbaycan yazıçılarını oxumağa və ədəbiyyatımızın inkişafına dəstək verməyə çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR