Bakı Xoreoqrafiya Məktəbinin ?Bakı ulduzları? ansamblı Belçikada çıxız edib

img

05-06-2009 [06:09]


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Belçikadakı Səfirliyimizin dəstəyi ilə Bakı Xoreoqrafiya Məktəbinin ?Bakı ulduzları? ansamblı may ayının 21-dən iyun ayının 3-nə qədər Belçikanın Sən Gislən şəhərində keçirilən beynəlxalq rəqs festivalında uğurla iştirak edib. Azərbaycanın Belçikadakı səfirliyində Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, festivala Azərbaycanla yanaşı Meksika, Boliviya, Hindistan, Moldova, Polşa, Rusiya, Macarıstan və s. ölkələrdən rəqs qrupları da qatılıb. Festivalda Azərbaycanın ilk dəfə iştirak etdiyini nəzərə alaraq, Səfirliyin təşəbbüsü ilə konsertlər zamanı təşkil edilmiş milli geyimlərdən və müxtəlif əl işlərindən ibarət sərgi tamaşaçılarda Azərbaycan haqqında zəngin təsəvvür yaratmağa imkan verib. Festival çərçivəsində ansambl 21 may tarixində Meybum folklor rəqs Festivalında müvəffəqiyyətlə çıxış etmiş, çoxsaylı tamaşaçıların rəğbətini qazanıb. Azərbaycan Respublikasının Xalq Artisti Yusif Qasımovun rəhbərlik etdiyi ansamblın mayın 28-də isə Respublika günü münasibətilə Brüsselin məşhur ?Bozar? sarayında da konserti təşkil olunmuşdur. Rəqqaslarımızın rəngarəng çıxışları Belçika tamaşaçılarının böyük rəğbətini qazanmışdır. Konsert zamanı Azərbaycanın zəngin musiqi mədəniyyətinin tərkib hissəsi olan milli rəqslərimiz barədə tamaşaçılara geniş məlumat verilmiş, milli musiqi alətləri - zurna və balaban xüsusi olaraq təqdim edilmişdir. Qrup Azərbaycan və Türk diaspora təşkilatlarının xahişi əsasında sonuncu konsertini iyun ayının 5-də Belçikanın Flandriya bölgəsində yerləşən Beringen şəhərində verəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA