Berti Foqts: ?Azərbaycana ikra yeməyə gəlməmizəm?

img

05-06-2009 [05:22]


?Azərbaycana ikra yeməyə gəlməmişəm. Burada qarşımda duran məqsəd və vəzifələr var. Həmin vəzifələri icra etmək üçün buradayam. Siz məndən 1 ildə köklü dəyişikliklər istəyirsiniz. Bu mümkün deyil axı?. Qol.Az-ın məlumatına görə, bu sözləri Uelslə sabahkı matç öncəsi keçirdiyi mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçis Berti Foqts deyib. Jurnalistlərlə söhbətində almaniyalı mütəxəssis bir daha legioner limitinin tətbiqinin vacibliyini vurğulayıb: ?Dəfələrlə demişəm, yenə təkrar edirəm. Azərbaycan çempionatında yerli futbolçulara daha çox oynamaq şansı verilməlidir. Bu mənada limitin tətbiqi vacibdir. Mən əcnəbilərin əlehinə deyiləm. Özüm də əcnəbiyəm. Amma limit mütləq olmalıdır. Bu arada limit məsələni AFFA rəhbərliyi ilə bir daha müzakirə etmişəm. Ola bilsin növbəti mövsümdən hər bir klubun heyətində 5 yerli futbolçu oynasın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA