Milli komandamızın qapıçısı Fərhad Vəliyev ?Qarabağ?da qaldı

img

17-06-2009 [12:13]


Milli komandamızın qapıçısı Fərhad Vəliyev ən azı daha bir il legioner həyatı yaşamayacaq. Təcrübəli qolkiperin Türkiyənin ?Bucaspor? klubuna keçəcəyi gözlənilsə də, Fərhad son anda ?Qarabağ?da qalmağa üstünlük verib. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində Vəliyevin özü məlumat verib: ?Çox götür-qoy etdim. Yekunda qərara gəldim ki, ?Qarabağ?da qalım. Təbii ki, hər bir futbolçu kimi mən də legioner həyatı yaşamaq istəyirəm. Amma bildiyiniz kimi, mənimlə maraqlanan ?Bucaspor? klubu birinci liqada çıxış edəcək. Özü də komanda birinci liqaya yalnız bu mövsümün yekunlarına əsasən yüksəlib. Əgər daha güclü, yüksək liqa klubu olsaydı, məmuniyyətlə gedərdim. Amma indiki halda düşünürəm ki, Türkiyənin birinci liqasında çıxış etməkdənsə, avroliqada oynayacaq komandada forma geymək daha yaxşıdır. Artıq ?Qarabağ?la yeni müqaviləyə də imza atmışam. İndi bütün diqqətimi qarşıdakı Avroliqaya və yeni mövsümə yönəldəcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA