Səkinə ismayılovanın yaradıcılıq izlərində fasilə yaranıb

img

04-06-2009 [03:29]


Xalq artisti, muğam ifaçısı Səkinə İsmayılova yaradıcılığına ara verib. Sənətkarın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, buna səbəb buraxılış imtahanlarıdır. ?Hazırda başım imtahanlara qarışıb. Həm Konservatoriyada, həm də Mədəniyyət və İncəsənət Universitetində imtahanlar başlanıb. Amma yaradıcılıq işləri ilə imtahanlar üst-üstə düşməməlidir. Belə olarsa, yaxşını pisdən asanlıqla seçmək mümkündür?,- deyən xanəndə imtahanları yola verdikdən sonra istirahətə getmək fikrindədir. Səkinə İsmaylıova deyir ki, o, istirahət üçün məkan də seçib. Onun fikrincə, qarşıdakı bir ayı Azərbaycanda olsa da, digər ikinci ayda ölkədən kənara çıxmağı planlaşdırıb. Sentyabrda isə vətənə dönəcək xanəndə bundan sonrakı vaxtı yaradıcılığa sərf edəcək: ?İsti aylarda işləmək olmur. Doyunca dincəldikdən sonra sentyabrda işə başlayacam. Xarici ölkələrə qastrollar nəzərdə tutulub. Yeni mövsümdə səfərimin birincisi sentyabrın sonu reallaşacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA