internet mediasının problemləri müzakirə mövzusuna çevrildi

img

04-06-2009 [02:40]


Bu gün Avropa Şurası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının ?Azərbaycanda İnternet Medianın Tənzimlənməsi? mövzusunda konfransı keçirilib. MIA.az-ın xəbərinə görə, konfransı giriş sözü ilə açıq elan edən Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Mirzəyeva deyib ki, çağdaş günümüzdə baş verən sosial, mədəni və texnoloji dəyişikliklər media üzərində olduqca böyük təsirə malikdir.Yeni kommunikasiya xidmətlərinin və medianın ortaya çıxması bu sahələrdəki ənənəvi vasitələrin böyük çağırışlara məruz qalmasına səbəb olur. S.Mirzəyevanın fikrincə, bu sahədə internet mediası daha çox məsuliyyət daşıyır: ?Yeni sayılan internet mediası media üçün bir rəqabətdir. İnternet mediası həm də bir mətbuat sayılır. İnternetdə yazılan bütün məlumatlar, xəbərlər - istər şou xarakterli, istərsə də sosial xəbərlər dəqiq və qərəssiz olmalıdır. Çünki ictimaiyyətin əksər qismi internetdən məlumatlanır. Bu səbəbdən də internet mediası üçün geniş şərait yaranmalı və inkişaf etdirilməlidir. Bu yeni vasitələr özləri ilə həm böyük imkanlar, həm də hələ araşdırılmasına ehtiyac duyulan potensial təhlükələr gətirir. Təhlükələr ondan ibarətdir ki,internetlə yayılan və cəmiyyətimizin yeniytmə yaşlarının tərbiyəsi üçün ciddi təsir göstərən pornoqrafik filmlərin yayılması, bəzi cinayyətlərin törədilməsi məhz internetlə yayılır. Bunun qarşısını almaq üçün internet mütləq tənzimlənməli və nəzarətə götürülməlidir?. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli isə ?İnternetin üstünlükləri hamımıza məlumdur. Həyatda etdiklərimiz bəzi işləri - televizora baxmaq, bazara getmək, alış-verişi indi virtual aləmdə edirik?,-deyib. MTRŞ sədri sözlərinə əlavə edib ki, indi internet media ilə bağlı Avropanın inkişaf etmiş bütün ölkələrində xüsusi müzakirələr aparılır: ?Avropa ölkələrində internet mediasının daha geniş vüsət alması üçün tədbirlər görülür. Təbii ki, biz də Avropa ölkələrindən geri qalmayaraq, bu sahəni genişləndirmək və inkişaf etdirmək istəyirik. Azərbaycanda internetlə bağlı problemlər ortaya çıxır. Lakin əksər hallarda bu problemlər qabardırılmır. Biz istəyirik ki, internetlə bağlı bütün problemləri zaman-zaman həll edək?. ?İnternetin tək Bakıda deyil, eləcə də Bakıətrafı rayonlar və kəndlərdə də inkişaf etməsi üçün lazımi tədbirlər görülməkdədir?,- deyən Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, orada internetin inkişafı üçün rabitə kanalları artıq yaranıb: ?Şamaxıda da işlər görülməkdədir. Sumqayıtda və Gəncədə aparılan tenderlər isə artıq başa çatışmışdır. Nəzərdə tutmuşuq ki, gələcəkdə peyk rabitəsi vasitəsi ilə bağlı tendirlər keçirək. Onu da nəzərinizə çatdırım ki, 2008-ci ildə 284 milyon gb internet istifadəçisi olmuşdur. Mənim fikrimcə, internet mediası beynəlxalq standarlara cavab verməli və internetə kömək olmaq məqsədi ilə tənzimlənmə aparılmalıdır?. Tədbirdə iştirak edən məruzəçilər Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəsi Veronika Kotek, Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz, Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlu, APA-nın rəhbəri Vüsalə Mahirqızı da yuxarıda deyilənlərə qoşulub, bunları bildiriblər: ?İnternetin qiyməti aşağı düşməli və ictimaiyyət üçün yüksək keyfiyyətli və ucuz qiymətə internet fəaliyyət göstəməlidir. İnternet mediasında kadr çatışmazlıqları mövcuddur. İnternet mediası üçün kadr hazırlıqları aparılmalı və kurslar fəaliyyət göstərməlidir. İnternet mediasında akkretesiya məsələsi həll olunmalıdır və s.?.

Digər xəbərlər
SON XƏBƏRLƏR