Hansı ölkə Azərbaycanın strateji müttəqfiqidir?

img

05-06-2009 [06:44]


Regional Təhlükəsizlik İnstitutu respondentlər arasında sorğu keçirib. Sorğuya yalnız bir sual daxil edilib - Aşağıdakı dövlətlərdən hansını Azərbaycanın strateji müttəfiqi hesab edirsiniz? 1. ABŞ 2. Rusiya Federasiyası 3. Türkiyə 4. Iran Islam Respublikası 5. Gürcüstan Sorğuda 520 nəfər Azərbaycan vətəndaşı iştirak edib. Bunlardan - 20 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları - 50 nəfər Bakı Dövlət Universitetinin tələbələri - 15 nəfər jurnalist - 15 nəfər orta məktəb müəllimi - 15 nəfər QHT nümayəndəsi - 150 nəfər fəhlə - 50 nəfər evdar qadın - 100 nəfər müxtəlif universitet tələbələri - 105 nəfər orta məktəb şagirdi iştirak edib. Sorğu iştirakçılarının qənaətincə bu gün Azərbaycanın strateji müttəfiqi ola biləcək dövlətlər bunlardır. 1. ABŞ ? 23 faiz 2. Rusiya Federasiyası- 21 faiz 3. Türkiyə-25 faiz 4. Gürcüstan -6 faiz 5. İran İslam Respublikası- 18 faiz 6. Heç biri -7 faiz Gördüyünüz kimi, kifayət qədər maraqlı və sensasion nəticələr ortaya çıxıb. Sorğu da diqqəti ilk olaraq cəlb edən ştrix Iran Islam Respublikasının 18 faiz səs toplamasıdır. Halbuki, bu günə qədər İran İslam Respublikası keçirilən sorğularda ən az səs toplamaqla cəmiyyətin rəğbətini qazana bilməmişdi. Amma bu gün nəticələr ciddi şəkildə dəyişib. Regional Təhlükəsizlik İnstitutu hesab edir ki, İranın reytinq cədvəlində irəliləməsi bu dövlətin Azərbaycana qarşı münasibətdə səmimiləşməsi deyil. Əksinə, son aylar İran islam Respublikası Ermənistanla daha sıx əlaqələr qurmaqda və Azərbaycanın dövlətçilik maraqlarına hörmətsizlik etməkdədirlər. Digər tərəfdən İran Islam Respublikasının ərazisində yaşayan azərbaycanlılara qarşıda son zamanlar rejimin aqressivliyi artıb. Bütün bunlar isə təsdiqləyir ki, İİR-ın reytinqi ölkə ərazisində daha da aşağı düşməli idi. Amma biz bunun əksini görürük. Regional Təhlükəsizlik İnstitutunun ekspertləri bunun başlıca səbəbi kimi dini faktoru əsas göstərir-?Bu gün cəmiyyət yaranmış sosial problemlərdən ciddi əziyyət çəkirlər. Ölkə daxili siyasi proseslərin ölü nöqtəsinə gətirilməsi isə cəmiyyətin siyasi qurumlara olan inamlarını azaldıb. Bu boşluğu isə özlüyündə əhalinin daha çox inandığı factor - İslam faktoru tutub. Məhz buna görə də İİR-ın mövqeyi reytinq cədvəlində artıb. Ekspertlər bildirir ki, İİR-nı müttəfiq kimi görənlərin əksəriyyəti məhz fəhlə və qadınlardır. Yəni gənclər və ziyalılar arasında İrana strateji müttəfiq kimi baxanlar demək olarkı 0,5 uzağı bir neçə faizdir. Bunlar isə özlüyündə təsdiqləyir ki, İranı strateji müttəfiq gözündə görənlər siyasi gerçəkliklərdən yox, dini maraqlardlan çıxış edirələr. İran İslam Respublikasının din keşikçisi qismində görünməsinin isə bir sıra səbəbləri var; 1.İran İslam Respublikasının Azərbaycan ərazisində öz təbliği ilə ciddi məşğul olması və dini faktordan maksimal dərəcədə istifadə; 2.Ölkədə dini marifləndirmənin qarşısının alınması, nəticədə digər dövlətlərin bu işi öz üzərlərinə bu və ya digər formada götürmələri; 3.Adi vətəndaşların düşdükləri vəziyyətdə siyasi baxışlara üstünlük verməmələri və durumlarının yaxşılaşdırılması üçün dinə üstünlük vermələri; 4.İslama qarşı bu gün bir sıra dövlətlərin yanlış mövqe tutmaları və nəticədə xristian-islam qarşıdurması kimi zərərli düşüncənin ortaya çıxması ? İran İslam Respublikasının bundan istifadə edə bilməsidir?. RTİ - in sorğusunda maraqlı məqamlardan biri də istər ABŞ-ın istərsə də Türkiyənin reytinq itkisinə məruz qalmasıdır. Qeyd edək ki, son 5 il ərzində Türkiyənin reytinqində hər hansı itki müşahidə olmasa da ABŞ-ın mövqeyində itkilər müşahidə olunurdu. Diqqət yetirin, 1999-2002-ci illərdə ABŞ-ın nüfuzu 40-46 faizdən aşağı düşmürdü, bu gün isə bunun əksini görürük. Eyni proses bu dəfə Türkiyənində reytinqində müşahidə olunub. Regional Təhlükəsizlik İnstitutunun ekspertləri bunun izahını yığcam olaraq belə qeyd edir - ?Azərbaycanda həmişə belə bir təsəvvür yaradılır ki, Qarabağ probleminin həlli ABŞ-dadır və ABŞ bu imkanlarından istifadə etmir. ?Əsrin Kontraktı? imzalanan zaman hətta Azərbaycan hakimiyyəti səviyyəsində belə açıqlamalar müşahidə olunurdu ki, uzağı bir neçə aya Qarabağ problemi həllini tapacaq. Amma illər keçsədə bu istiqamətdə hər hansı addım atılmadı və xilaskar qismində görünən ABŞ ikili siyasət aparmaqda suçlandırılıdı. Bu günün özündə belə yenə dövlət səviyyəsində ABŞ-a qarşı sərt ittihamlar səslənməkdədir. Bu günlərdə Prezident Aparatında xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun çıxışı, ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ təmsilçisi Metyu Brayzın açıq şəkildə ittihamlara tuş gəlməsi sübut edir ki, bu istiqamətdə maraqlı qüvvələr var və nəticədə ABŞ reytinq cədvəlində kifayət qədər geriləyib. Türkiyəyə gəldikdə isə son aylar baş verənlər, Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı bəyanatların səslənməsi və Azərbaycanda Rusiyaya meyilli qüvvələrin bundan istifadə etməsi nəticəsində Türkiyə təsəvvürə gətirilməyəcək şəkildə reytinq cədvəlində geriləyib. Güman etmək olarkı proseslərin bu şəkildə inkişafı geriləməni bundan sonra da davam etdirəcək?. Qeyd edək ki, ABŞ və Türkiyə reytinq cədvəlində geriləsələrdə yenə liderliklərini qoruyub saxlaya biliblər. Bunun səbəbini isə Regional Təhlükəsizlik İnstitutunun ekspertləri aşağıdakı məqamlarla izahlayırlar. ?Bildirək ki, sorğuda iştirak edənlərin böyük bir qismi gənclər və vətəndaş cəmiyyətinin aktivləri idi. Türkiyəni və ABŞ-ı strateji müttəfiq olaraq görənlərdə məhz gənclərdir. Bu isə onunla izahlanır ki, cəmiyyətin gənclik təbəqəsi demokratik islahatların həyata keçirilməsini dəstəkləyir və bu səbəbdən Avropaya daha meyilli görünürlər. Bundan başqa cəmiyyətin intellektual təbəqəsi bu gün də əmindir ki, Azərbaycan demokratik islahatları həyata keçirtmək, vətəndaş cəmiyyətinin yaradılması üçün ABŞ-Türkiyə-Qərb üçbucağı ilə sıx ünsiyyətdə olmalıdır?. Sorğu cədvəlində yerini möhkəmləndirən isə Rusiya Federasiyasıdır. Sovetlər birliyinin süqutundan sonra ciddi nüfuz itkisinə məruz qalan Rusiya Federasiyası təsir imkanlarını 1995-ci ildən etibarən daha aktiv şəkildə hərəkətə gətirdi. Son bir neçə ay ərzində Rusiya Federasiyasının tutduğu mövqe isə daha maraqlı oldu. Regional Təhlükəsizlik İnstitutunun ekspertləri RF-ın sorğu cədvəlində yerini möhkəmlətməsini isə bununla əlaqələndirir: ?Son aylar Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı yaranan ajiotajdan Rusiya tərəfi ciddi şəkildə bəhrələnə bildi. Diqqət yetirin, bu gün Rusiya Federasiyası az qala bütün problemlərin həlli açarı kimi görünür. Hətta belə bir təbliğatın formalaşmasında hakimiyyətdə ciddi nüfuzu olan simalar, hətta qurumlarda iştirak edir. Bu isə süni şəkildə yenidən böyük qardaş imici yaratmaq niyyətindən irəli gəlir. Uşaqdan böyüyə qədər hamı bilir ki, Qarabağ probleminin yaranmasında, ciddi torpaq itkisinə məruz qalmaqda Rusiyanın müstəsna xidmətləri var. Amma Rusiya bu gün az qala Qarabağı xilas etmək istəyən, amma ABŞ-Türkiyə cütlüyünün buna müdaxilə etməsi fikri yaradılır. Rusiya prezidenti Medvedyev çıxış edir və bidirilir - ?biz Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi ilə bağlı hər hansı fikir bildirmək istəmirik və bu onların daxili işləridir. Amma mən əminəm ki, Azərobaycan prezidenti daha ağıllı yol tutacaq?. Bu bir daha təsdiqləyir ki, həmişə olduğu kimi Rusiya yenə də ikibaşlı oynunu davam etdirməkdə və Qarabağ probleminin onların nəzarətindən kənarda həll olunmasında maraqlı deyil. Bütün bunlara baxmayaraq sorğu cədvəlində Rusiyanın irəliləməsi sübut edir ki, ciddi oyunlar gedir və bu oyunlar elə Azərbaycan vətəndaşlarının əli ilə həyata keçirilir ?. Qeyd edək ki, Rusiyanı strateji müttəfiq qismində görmək istəyənlərin əksəriyyətinin yaş həddi 40-dan yuxarıdır. Sorğu cədvəlində Gürcüstanında strateji müttəfiq kimi qəbul olunmasında isə əlahəddə bir şey yoxdur və Gürcüstan cəmiyyətin müəyyən təbəqəsi tərəfindən ən yaxın dost ölkə kimi tanınır və reytinq cədvəlində ki, bu faiz dəyişmədən qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR