Azərbaycanlı rəqqas Türkiyədə keçirilən müsabiqədə birinci yeri tutub

img

03-06-2009 [04:06]


Türkiyəinin Antaliya şəhərində keçirilən 2-ci Uluslararası Antaliya dans müsabiqəsində birinci yeri azərbaycanlı rəqqas tutub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə müsabiqənin Azərbaycan təmsilçisi Şəhriyar Cəfərov məlumat verib. Qeyd edək ki, Ş.Cəfərov sözügedən müsabiqəyə ?İlan? rəqsi ilə qatılmışdı: ?Rəqs yarışması iki nominasiyadan ibarət idi: folklor rəqslər və moderin dans. Mən isə bu müsabiqənin moderin dans nominasiyasına qatıldım. Nümayiş etdirdiyim ?İlan? rəqsi müsabiqəyə qatılan ölkələrin nümayəndələrini heyrətə gətirdi?. Onu da bildirək ki, 2-ci Uluslararası Antaliya dans müsabiqəsinə 16 ölkənin nümayəndəsi qatılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA