?Klan-A-Plan? yeni diskini təqdim etdi

img

02-06-2009 [07:04]


5 reperin birgə layihəsi kimi fəaliyyət göstərən ?Klan-A-Plan? qrupu ?Plan 2? adlı yeni diskini təqdim etdi. Mia.az-ın xəbərinə görə, 19 kompozisiyadan ibarət bu diskdə ?İkinci nəfəs?, ?Naz eləmə?, ?Nisyə mal verilmir?, ?Yay gəlir?, Kim, harada, necə? və başqa mahnılar yer alıb. Alboma müğənni Ayaz Qasımov, Azad Şabanov, Şəbnəm və ?Dəyirman? qrupu ilə duetlər də daxil edilib. Qrup üzvləri yeni albomun hazırlanmasında, yeni ampluada çıxış etmələrində Almaniyada fəaliyyət göstərən ?Prestij? şirkətinə, onun rəhbəri Mirfərəc Abbasovun böyük rolunun olduğunu qeyd etdi. vvv.klanaplan.az adlı saytlarının da fəaliyyət göstərdiyini qeyd edən qrup yay mövsümündə ?Velkome tu Baku? adlı mahnılarının çox populyar olacaqına ümid bəslədiyini, çox güman ki, bu mahnıya klip çəkdirəcəklərini də bildirdi. Qrupun prodüseri Mirfərəc Abbasov isə yaxın gələcəkdə ?Klan-a-plan?ın Almaniyada fəaliyyət göstərən həmkarları ilə layihəsinin həyata keçirilməsini planlaşdırdığını söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA