KiV-ə dövlət dəstəyinə zübhə ilə yanazanlar var

img

02-06-2009 [04:25]


Bu gün Azərbaycan Media Mərkəzində ?KİV-ə dövlət dəstəyi medianın müstəqilliyini əlindən alacaqmı?? mövzusunda debat keçirilib. Media Hüquqları Mərkəzinin təşkilatçılığı ilə keçirilən debatda Azərbaycan Jurnalistlər Birliyinin sədri, ?Ayna-Zerkalo? qəzetlərinin baş redaktoru Elçin Şıxlı və ?Azadlıq? qəzetinin redaktoru Rövşən Hacıbəyli iştirak ediblər. Rövşən Hacıbəyli Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının Azərbaycan mətbuatının inkişafına müsbət təsir göstərməyəcəyini deyib: ?Ötən il dövlət başçısı qəzetlərə 5 min manat həcmində maliyyə yardımı göstərdi. Şəxsən mən bu qayğını öz üzərimdə hiss etmədim. Həmin pulun hara və necə xərclənməsindən indiyə kimi xəbərim yoxdur. Yeni yaranan fondun büdcəsi cəmi 1,3 milyon manatdır. Bura fondun aparatının saxlanması və digər texniki xərclər də daxildir. Ortada böyük məbləğ olmadığı üçün nikbin danışmağa əsas yoxdur. Gəlin, əvvəlcə bir suala cavab tapaq: Azərbaycanda müstəqil mətbuat varmı? Azərbaycanda müstəqil mətbuat olmadığı üçün hər hansı təhlükədən də söhbət gedə bilməz. Fond üçün ayrılmış vəsait hakimiyyətə yaxın KİV-lərin arasında bölüşdürüləcək?. Elçin Şıxlı isə yeni yaranmış qurumun rəhbərliyində təmsil olunmadığı üçün təəssüf keçirdiyini bildirib: ?Fondun yaranması ilə bağlı ideyanın müəlliflərindən biri də mənəm. Mən həmişə istəmişəm ki, hakimiyyət-mətbuat münasibətləri sivil müstəvidə olsun. Mətbuat dördüncü hakimiyyətdir. Hakimiyyətin digər qolları mətbuatla işləməyi öyrənməlidir. Təəssüf ki, hələ də bu istiqamətdə müsbət irəliləyiş əldə etmək mümkün olmayıb. Bu baxımdan, yeni yaranmış qurumun mətbuatın bütün problemlərini çözəcəyinə inanmıram. Çox güman ki, fondun hesabındakı vəsait mətbuata qrant şəklində veriləcək. Məncə, bu, bir o qədər də uğurlu variant deyil. Mətbuata qrant deyil, faizsiz kredit verilməlidir. Mətbuat orqanının rəhbəri aldlığı vəsaiti nə zamansa geri qaytaracığını biləndə daha məsuliyyətli olur. Təəssüf ki, qrantlara münasibətdə bu yanaşma hakim deyil?. Rövşən Hacıbəyli dövlətin mətbuata maddi yardım göstərməsinin əleyhinə olduğunu vurğulayıb: ?Dövlət mətbuata pul deyil, müstəqillik verməlidir. Bizim qəzet müxalifətyönlüdür. Ona görə də heç bir şirkətdən reklam ala bilmirik. Hansısa şirkət bizə reklam vermək istəyəndə dərhal təzyiq edib, fikrindən daşındırırlar. Fondun hesabındakı puldan müstəqil və müxalifət qəzetlərinə qəpik-quruş düşəcək. Fond rəhbərliyinin tətbiq etməyə hazırlaşdığı şərtlər müstəqil mətbuatın əl-qolunu bağlamağa yönəlib. Mən inanmıram ki, ?Azadlıq? kimi qəzetlər bu səddi aşsınlar?. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli isə tədbirdə səslənən fikirlərlə razılaşmadığını deyib: ?Yardımın necə paylanacağı hələ məlum deyil. Fond rəhbərliyi bu mexanizmləri açıqlamayıb. Ona görə də indidən böhtan xarakterli fikirlər səsləndirmək heç kimə başucalığı gətirmir. Müşahidə Şurası demək olar ki, hər gün toplanıb, ciddi müzakirələr aparır. Amma biz cəmiyyətdən, xüsusilə də media qurumlarından heç bir təklif ala bilmirik. Prezident Müşahidə Şurasının üzvlərini təyin etdiyi gün mən ?Azadlıq? qəzetinin redaksiyasında idim. Rəhbərlik etdiyim təşkilatın bu qəzetdə bir nçə üzvü var. Həmin gün onların iştirakı ilə curnalistlərin sosial problemlərini müzakirə etdik. Amma ertəsi gün ?Azadlıq? qəzeti yazdı ki, Müşahidə Şurasında təmsil olunan adamların heç birinin mətbuatla əlaqəsi yoxdur. Bu qədər ədalətsizlik etmək olmaz! Müşahidə Şurasının əsas vəzifəsi nəzarət prosesini həyata keçirməkdir. Vəsait bölünərkən şəffaflıq prosesinə tam əməl olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR