Tanınmız ufoloq alim dünyasını dəyizib

img

30-05-2009 [10:31]


Tanınmış ufoloq Fuad Qasımov vəfat edib. Mərhumun həyat yoldaşı Rəna Həsənova Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Fuad Qasımovun mayın 25-də dünyasını dəyişdiyini bildirib. Rəna xanım həyat yoldaşının hər hansı xəstəlikdən əziyyət çəkmədiyini deyib: "Fuad müəllimin şəkəri vardı. Amma ölümünün səbəbi bu deyil". Rəna Həsənova deyib ki, Fuad Qasımov son vaxtlar ciddi əsəb sarsıntısı keçirirmiş. Mərhum uzun illər çalışdığı Aerokosmik Agentlikdən uzaqlaşdırılmasını həzm edə bilmirmiş: "Onu iki ay əvvəl qeyri-qanuni yolla işdən azad etmişdilər. O vaxtdan bəri rahatlıq tapa bilmirdi. Güman edirəm ki, o, bu sarsıntıya tab gətirməyib". Xatırladaq ki, Fuad Qasımov 1940-cı ildə Bakı şəhərində anadan olub. Texnika elmləri namizədi idi. Bir neçə beynəlxalq mərkəz tərəfindən fəxri akademik tituluna layiq görülmüşdü. O, həm də Uçan Naməlum Obyektlərlə bağlı maraqlı araşdırmaların müəllifidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR