Polad Bülbüloğlunun bağ evi dağıdılıb (yenilənib)

img

02-06-2009 [10:59]


[b]Bülbülün həyat yoldaşı Ədilə Məmmədova isə həmin evin həyətinə aid hasarın dağılması təsadüf nəticəsində baş verdiyini deyir[/b] Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakının Nardaran qəsəbəsində yerləşən bağına basqın olub. Mayın 31-dən iyunun 1-nə keçən gecə saat 03.30 radələrində naməlum şəxslər Bülbüloğlunun bağ evinə hücum edərək 25 metrədək hasarı söküblər. Polad Bülbüloğlunun ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, hasarın sökülməsində ağır texnikadan istifadə olunması ehtimal edilir. Amma səfirin bağ evindən hər hansı əşya götürülməyib. Sonradan polisin müdaxiləsi ilə basqının qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma gedir. Basqının hansı zəmində törədildiyi hələ məlum deyil. Qeyd edək ki, bu günlərdə Bülbüloğlunun Ermənistana, oradan da Dağlıq Qarabağa gedəcəyi ilə bağlı məlumatlar yayılıb və bununla bağlı bəzi qurumlar öz etirazlarını bildiriblər. Dahi sənətkar Bülbülün həyat yoldaşı Ədilə Məmmədova isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, həmin evin həyətinə aid hasarın dağılması təsadüf nəticəsində baş verib: ?Açığı, mənə hələki gedib evə baxmamışam. Zəng edib bildirdilər ki, bağ evinin divarının bir hissəsi dağılıb. Hazırda polis işçiləri hadisə yerində işləyir. Hadisə ilə bağlı bizə hələki dəqiq məlumat verilməyib. Amma eşitdiyimə görə, yaxınlıqda işləyən buldozer tam təsadüf nəticəsində divara dəyib və buna görə də divarın müəyyən hissəsi dağılıb. Bunu isə şişirtmək lazım deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA