?Media Açarı? müsabiqəsi gərgin mübarizə zəraitində keçiriləcək

img

10-06-2009 [03:36]


?Media Açarı? müsabiqəsinə sənəd qəbulu davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Media Açarı? müsabiqəsinin təsisçilərindən olan Demokratik Jurnalistlər Liqasının (DJL) sədr müavini Malik Bayramov məlumat verib. M.Bayramov deyib ki, ötən bir həftə ərzində müsabiqəyə təqdim edilən yazıların sayı yarışmanın bu il də gərgin mübarizə şəraitində keçəcəyini söyləməyə əsas verir: ?Məlum olduğu kimi, bu il ?Media Açarı?nın əsasnaməsinə dəyişiklik edilib. Artıq elektron kütləvi informasiya vasitələri də müsabiqədə iştirak edə bilirlər. Sənəd qəbulunun başladığı ötən bir həftə ərzində həm yazılı, həm də elektron KİV-lərdə çalışan jurnalistlərdən xeyli sanballı işlər qəbul etmişik?. DJL təmsilçisi deyib ki, qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək: ?Hər il münsiflər heyətinin tərkibi dəyişdirilir. Çox güman ki, müsabiqəyə təqdim olunan yazıları bu il də yeni heyət qiymətləndirəcək. Amma hələ münsiflər heyətinin tərkibi məlum deyil. ?Media Açarı?nı təsis edən təşkilatların rəhbərləri xaricdə səfərdə olduqları üçün bu problem iyunun ikinci yarısında öz həllini tapacaq?. Qeyd edək ki, ?Media Açarı? müsabiqəsinin təsisçiləri ?Yeni Nəsil? Jurnalistlər Birliyi, Demokratik Jurnalistlər Liqası və Azərbaycan Jurnalistlər Birliyidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR