?Media Açarı? müsabiqəsi ilə bağlı yeniliklər tətbiq edilib

img

29-05-2009 [04:58]


Bu gün ?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev və Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçiriblər. ?Yeni Nəsil? JB-nin sədri Arif Əliyev tədbirin keçirilməsində əsas məqsədin ?Media Açarı? müsabiqəsilə bağlı yenilikləri açıqlamaq olduğunu deyib. Onun sözlərinə görə, bu il təsisçilərin sırasına Azərbaycan Jurnalistlər Birliyi də qoşulub: ?AJB sədri Elçin Şıxlı Avropa ölkələrində səfərdə olduğu üçün bugünki tədbirdə iştirak etmir. ?Media Açarı? müsabiqəsilə bağlı tətbiq ediləcək yeniliklər təsisçilərin hər üçü tərəfindən razılaşdırılıb?. Sonra Arif Əliyev müsabiqənin formatında edilən yeniliklər barədə məlumat verib: ?Hər il beş nominasiya üzrə üç qalib olurdu. Amma bu il hər nominasiya üzrə bir qalib olacaq. Qalibə simvolik açar, pul və diplom hədiyyə ediləcək. Pul mükafatının məbləği təxminən 300-400 manat olacaq. Ötən illərdən fərqli olaraq, bu il nominasiyaların sayı 10-a çatdırılıb. Məqsəd jurnalistikanın bütün janrlarını əhatə etməkdir?. ?Yeni Nəsil? JB-nin sədri həmçinin qeyd edib ki, tədbirin bütün xərclərini ?Azercell? şirkəti öz üzərinə götürüb və ?Media Açarı?nın bu ilki bücəsi 13 min manatdır: ?Həmçinin sponsorun və təsisçilərin də jurnalistlərə öz hədiyyəsi olacaq?. DJL sədri Yadigar Məmmədli isə müsabiqənin obyektiv keçiriləcəyini bildirib. Y.Məmmədli deyib ki, qalibləri müəyyənləşdirəcək münsiflər heyəti jurnalistika sahəsində zəngin təcrübəsi olan vicdanlı şəxslərdən təşkil olunacaq: ?Hər hansı xoşagəlməz söz-söhbətlərin meydana çıxmaması üçün münsiflərin adı tədbirin keçirildiyi günə kimi gizli saxlanılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR