15 tanınmız jurnalist Avropa insan Haqları Məhkəməsinə zikayət edib

img

10-06-2009 [07:46]


Avropa İnsan Haqları Məhkəməsinə daha bir şikayət göndərilib. Bu barədə məlumat Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Media Hüququ İnstitutundan daxil olub. Ölkədaxili məhkəmələrin qərarlarından narazı qalan 15 tanınmış jurnalist - Qənimət Zahidov, Azər Ahmədov, Fikrət Hüseynli, Şahvələd Namazov, Samir Kazımlı, Qabil Abdullayev (Zimistanoğlu), Natiq Cavadlı, Elşən Məmmədəliyev (Balaxanılı), Ceyhun Məmmədov, Üzeyir Cəfərov, Bahəddin Həziyev, Şahbaz Əliyev (Xuduoğlu), Sarvan Rizvanov, Yaşar Ağazadə və Rövşən Kəbirli Azərbaycan qanunvericiliyində, eləcə də Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarına müdaxilə olunduğunu iddia edirlər. Jurnalistlərin hüquqlarını Media Hüququ İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı, MHİ-nin hüquqçuları Xalid Ağaliyev və Elçin Sadıqov müdafiə edir. Hüquqçuların Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, ölkə məhkəmələri piket keçirmələrinə imkan verilməyən jurnalistlərin iddiası üzrə qərarlar verərkən onların Avropa Konvensiyasında təsbit olunmuş əda?lət?li məh?kə?mə araş?dır?ma?sı (maddə 6), fik?ri ifa?də et?mək azad?lı?ğı (maddə 10), yı?ğın?caq?lar və bir?ləş?mək (maddə 11), işgən?cə?lə?rin qa?da?ğan olun?ma?sı (maddə 3), sə?mə?rə?li hü?qu?qi mü?da?fi?ə va?si?tə?lə?ri (maddə 13) hü?qu?q və azadlıqlarına müdaxilə ediblər. Avropa Məhkəməsindən ərizəçilərin hüquqlarının pozulmasının tanınması, onların işlə bağlı çəkdikləri xərclərin, habelə onlara dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir. Xatırladaq ki, şikayətçi jurnalistlər 17 aprel və 15 may 2007-ci il tarixdə mediaya bas?qı??lara son qoyulması tələbi ilə piket keçirmək istəsələr də polis əməkdaşları buna imkan ver?məyib, iştirakçılara qarşı qeyri-insani rəftara yol verib, onlara fiziki təzyiq göstərib. Ak?siyanın dağıdılması ilə Azərbaycan Konstitusiyasının, ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanunun müddəalarının və İnsan Hüquqlarının və Əsas Azadlıqların Mdafiəsi Haqqında Avropa Konvensiyasının maddələrinin pozuntusuna yol verildiyini iddia edən jurnalistlər buna görə Bakı Şəhər İcra Hakimiyyətini, Bakı Şəhər Baş Polis İdarəsini və Səbail rayon Polis İdarəsini məhkəməyə veriblər. Səbail rayon Məhkəməsi 2 dəfə iddianı icraata götürməkdən imtina edən qərardad çıxarıb. Ali Məhkəmə həmin qərardadı ləğv etsə də, rayon məhkəməsi yenə də jurnalistlərin şikayətini təmin etməyib. Yuxarı məhkəmələr sonucda rayon məhkəməsinin qərarına haqq qazandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR