Umud Rəhimoğlu KiV-nin inkizafına Dövlət Dəstəyi Fondunun Müzahidə Şurasının sədri seçildi

img

26-05-2009 [08:41]


[b]Şuranın sədr müavini isə ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadə oldu[/b] Bu gün Mətbuat Şurasında Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda Umud Rəhioğlunun sədr, Vüqar Rəhimzadənin isə sədr müavini seçilib. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə (mia.az) şuranın sədr müavini Umud Rəhimoğlu verib. U.Rəhimoğlu bildirib ki, iclasdan əvvəl Müşahidə Şurasının üzvləri Prezidentin Administrasiyasında olublar, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüblər. Görüş zamanı Ə.Həsənov Müşahidə Şurası üzvlərini təbrik edib, Fondun fəaliyyət prinsipldəri, görəcəyi işlər barədə fikir mübadiləsi aparılıb. U.Rəhimoğlunun sözlərinə görə, Mətbuat Şurasında keçirilən iclasda Müşahidə Şurasının gündəliyinə iki məsələ çıxarılıb: ?Biz əvvəlcə Müşahidə Şurasının sədr və sədr müavinin seçilməsi məsələsini müzakirə etdik. Əflatun Amaşov çıxış edərək mənim sədr, ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin isə sədr müavini vəzifələrinə namizədliklərini irəli sürdü. Şura üzvləri də mənim və Vüqar müəllimi sədr və sədr müavini seçilməsinə yekdilliklə səs verdilər. Gündəlikdə duran ikinci məsələ Fondun fəaliyyətinin təşkili ilə bağlı oldu. Şura üzvləri qarşıda duran hüquqi və texniki məsələlərin həlli ilə bağlı fikirlərini bildiriblər. Fondun bundan sonrakı fəaliyyətini barədə fikirlərimizi bildirdik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR