"KİŞİLƏRİN QADINLARDAN ALİMENT TƏLƏBİ ARTA BİLƏR" - Vəkildən maraqlı açıqlamlar (MÜSAHİBƏ)
06-03-2023 [09:17]
O ailə yoxdu ki, orada çəkişmə olmasın. Əvvəllər camaat məhkəməyə gedən qadını “arvad” hesab eləmirdi. İndi vəziyyət dəyişib. Məhkəməyə yox, mediasiyaya gedirsən. Həm adı pis deyil, çünki biz “məhkəmə” sözünü söyüş hesab edirik. Həm çoxunun başı çıxmır, sən hara gedirsən, həm də işini həll edə bilirsən. Şişirtmədən deyə bilərəm ki, mediasiya bir azdan məhkəmələrin “şan-şöhrət”ini arxada qoyacaq. Məhkəmə vahiməsini yalnız cinayət törədənlər yaşayacaq.
Ailə işlərində nə məhkəmə, elə deyilmi?
Ailədi də, onsuz da söz-söhbəti, alış-verişi bitmir. Məncə, alimentdən tutmuş, yorgan davasına kimi, bütün ailə münasibətlərinin məhkəmə qapılarında söyüşmədən həll edilməsinin ən abırlı yolu mediasiya prosesidi.
Mediasiya prosesi təkcə ev-eşik söhbətləri masası deyil. Orada həm də borc, həm də kiçik məişət mübahisələrini yoluna qoya biləcək adamlar, yəni bildiyimiz vəkillər, hüqüqşünaslar işləyir. Mediasiyanı ciddi fəaliyyət saymayanları da anlayıram. Bizim camaat “məhkəmə” duruşuna öyrəşdiyindən, belə qurumların sözünü kəsərli hesab etmir. Bu yaxınlarda ailə mübahisəsi üçün gələnləri mediasiyaya göndərdiklərini gördüm məhkəmədə: qadın deyirdi ki, “hökumət daha bizi məhkəməyə də buraxmır”.
Vəkil Vəfa Qədirova da bu kimi bəzi iddialarla razılaşır.
O, Mia.az-a müsahibəsində deyir ki, mediasiyaya öyrəşmək bir az vaxt aparacaq. Amma proses artıq işə düşüb, bizim mediatorların çox ugurlu işləri var:
- Ümumiyyətlə, ailə mübahisələri ilə bağlı işlərdə qanunvericiliyə uyğun olaraq əvvəlcə mediasiyaya, sonra məhkəməyə müraciət olunur. Ailə mübahisələrində mediasiya icbari xarakter daşıyır. Bir qayda olaraq, daha çox qadınlar müraciət edir. Mediasiyaya müraciətləri arasında nikahın pozulması, aliment tələbi, uşağların himayəsi, onların xaricə aparılması və əmlak bölgüsü, qızılların və cehiz əşyalarının qaytarılması və sair kimi tələblər üstünlük təşkil edir.
- Ən “populyar” mediasiya işləri hansılardı?
- Alimentin artırılması tələbi. Bunu da daha çox qadınlar istəyir. Əslində, mediasiyada bütün mübahisələri həll etmək olar. Mən deyərdim ki, ağır mübahisələrin həlli üçün mediasiya daha münasibdi. Çünki məhkəmədə udan və uduzan tərəf var. Mediasiyada isə uduzan tərəf yoxdu. Hər iki tərəf mediasiyanın şərtlərini özü müəyyən edir. Ona görə də işin icrası da problemsiz olur.
- Aliə mübahisələri adətən, çox agır, qalmaqallıdı. İnsanlar belə çəkişmələrdə hətta düşmənə çevrilir.
- Bəli, bəzən çox agır keçən ailə mübahisələri olur. Amma tərəflər başa düşür ki, bizim yanımızda qarşılıqlı razılaşmasalar, sonra məhkəmədə heç anlaşa bilməyəcəklər. Mübahisə ağır keçəndə tərəflər daha çox barışığa meylli olurlar. Çalışırlar, məsələni mediasiya ilə həll etsinlər, iş məhkəmə müstəvisinə daşınmasın.
- Maraqlıdı ki, bu ildən kişilər də uşaga baxmaga görə qadından aliment tələb etməyə başlayıb.
- Əvvəllər də kişilərin boşanarkən qadından aliment tələb etməsinə rast gəlmişik. Amma ola bilsin, belə işlər praktikada çoxalsın. Onsuz da qanunvericilikdə bu tələblə bağlı məhdudiyyət yoxdu. Hamı qanun qarşısında bərabərdi.
- Amma əvvəllər kişilər qadından aliment istəməyi özünə sıgışdırmırdı.
- Bəli, kişilər boşanma prosesinə qanunla yox, mental olaraq yanaşır. Bizdə mentalitet qanundan daha üstündür. Bir qayda olaraq, kişilər aliment tələb etmək istəmir. Mənim təcrübəmdə belə iş olub. Uşaqlar atanın himayəsinə verildikdən sonra ata anadan aliment tələb edirdi. Ona görə yox ki, kişinin pulu yox idi, sadəcə, acıga düşmüşdü. İstəyirdi qadını evindən, qeydiyyatdan çıxarsın, onun evində yaşamaq hüququnu ləgv etdirsin. Belə mediasiya işləri uzun sürür, qalmaqal olur. Tərəflər bir-birinə güzəşt etmək istəmir. Hələ birgə mülkiyyət varsa, daha çox dartışırlar. Bizim işimiz ən agır çəkişmələrdə belə ortaq məxrəcə gəlməyə cəhd etməkdi.
- Mediasiya proseslərinə uşaqlar qoşulurmu?
- Əslində, qanunvericilik uşaqların mediasiya iştirakına heç bir qadağa qoymayıb. Amma mən hələ ki, uşaqların iştirakı ilə mediasiya aparmamışam. Sözün düzü, heç istəmərəm ki, uşaqlar mediasiya iştirakçısı olsunlar. Niyə? Çünki biz qərar qəbul etmirik, uzlaşmaya yardım edirik. Uşaqlarla baglı məsələlərdə uzlaşma yox, konkret qərarın qəbul edilməsi daha dogrudu. Məncə, bu işlərə mütləq məhkəmədə baxılaraq qərar verilməlidi.
Zülfiyyə Mustafayeva
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb