JuHi-nin təzkilatçılığı ilə əmək hüquqlarına həsr edilmiz forum keçiriləcək

img

26-05-2009 [02:17]


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan Respublikasının Prezidenti yaninda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi ?Vətəndaşların əmək hüquqlarının qorunmasına dəstək? adlı layihə çərçivəsində əmək hüquqlarına həsr edilmiş internet forum keçirir. Forum LENT.az İnformasiya Agentliyinin saytında 3 ay müddətində keçiriləcək. İnternetdə www.lent.az/forum yazmaqla şəbəkəyə qoşulmaq, müzakirələrə qatılmaq mümkündür. Layihənin direktoru, JuHİ sədri Müşfiq Ələsgərli mia.az-a bildirib ki, layihənin əsas məqsədi vətəndaşların müəssisələrdə rastlaşdıqları əmək mübahisələrinin tipik səbəblərini araşdırmaq, problemlərin həllində onlara yardımçı olmaq və gələcəkdə bu kimi halların baş verməməsinə nail olmaqdan ibarətdir: ?İstənilən vətəndaş qarşılaşdığı və həll edə bilmədiyi, həll olunması üçün köməyə ehtiyacı olan suallarla Foruma müraciət edə, bu yolla suallarına cavab tapa bilər. Həmçinin, bu problemi ictimailəşdirməklə gələcəkdə başqa vətəndaşların da eyni formalı suallarla rastlaşmamalarına kömək etmiş olar. Forum iştirakçıları iş rejimi, istirahət hüququ, əmək haqqı, işdən çıxarılma və sair kimi hallarla bağlı qeyri-qanuni hesab etdiyi məqamlar barədə Foruma yaza bilər. Bizim hüquqşünas bu suallara dair cavabları açıqlayacaq. Həmçinin, qeyd edilən məsələlərlə bağlı xarakterik hallar ümumiləşdiriləcək, əmək hüquq pozulmuş vətəndaşların iştirakı ilə təşkil olunacaq dəyirmi masaların müzakirəsinə çıxarılacaq?. Layihə çərçivəsində 3 dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR