Mətbuata yardım fonduna Elmar Hüseynovla bağlı təkliflər verilə bilər

img

02-06-2009 [02:53]


?Media forum? saytı ?Yenicə formalaşdırılmış KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu terror qurbanı olan jurnalist Elmar Hüseynovla bağlı nə edə bilər? sualı ilə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı və ?Azərbaycan? qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova müraciət edib. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı hesab edir ki, KİV-in İnkişafına Dəstək Fondu belə məsələlərə xüsusi vəsait ayırmalıdır: ?İlk növbədə terror qurbanı olan jurnalistin ailəsinə kömək edilməlidir. Çünki terror qurbanı olan jurnalistin söz azadlığı sahəsində böyük fəaliyyəti olub və onun məhz bu yöndə fəaliyyətinə görə qətlə yetirildiyi güman edilir?. Media eksperti jurnalistin istintaqının, qətlinin araşdırılması istiqamətində yazıların sayının çoxalması üçün fondun müəyyən addımlar atmasını vacib sayır: ?Jurnalistləri araşdırma aparmağa həvəsləndirmək mümkündür. Tənqidçi medianın jurnalistləri başa düşməlidir ki, cəmiyyət həmişə söz azadlığı uğrunda mübarizə aparan insanları dəstəkləyir. Hesab edirəm ki, fondun əsas missiyası məhz müstəqil, azad fəaliyyət göstərən jurnalistlər üçün belə bir mühitin yaradılması olmalıdır. İşlərinin mahiyyəti ona yönəlməlidir ki, medianın azad mühitdə səmərəli, heç kimdən çəkinmədən cəmiyyətin xeyrinə çalışa bilməsi üçün şərait yaransın?. R.Hacılı bildirib ki, fəal medianın və jurnalistlərin birinci işi bu kimi mövzuları qabartmaq olmalıdır: ?Onlar qrup-qrup bir araya gəlməli və KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna tövsiyələr verməlidir. Fondun məqsədlərini, iş prinsiplərini izləyib müzakirə etməli və ətraflı tövsiyələr verməlidir. Müstəqil jurnalistlərin verə biləcəyi ən mühüm töhfə budur?. Fondun Müşahidə Şurasının üzvü, ?Azərbaycan? qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, qurumun nizamnaməsində konkret şəxslərə bağlı hər hansı fəaliyyət istiqaməti yoxdur. Şura üzvünün sözlərinə görə, fəaliyyət planında ümumi olaraq peşəsi ilə bağlı ziyan çəkmiş jurnalistlərə aid müddəaların olması gözlənilir: ?Belə ideyalar var. Yəni həlak olan jurnalistin ailəsinə yardım edilsin və sairə. Konkret şəxslə bağlı heç bir müddəa olmur. Fond ümumi prinsipləri, qaydaları qəbul edib, əsasnamə hazırlamalıyıq və onun əsasında da fəaliyyətimizi qurmalıyıq. Bu deyilənlərin hamısı ideya şəklində var. Amma onların hansı keçəcək, hansı dəyişdiriləcək, bunu əvvəlcədən demək mümkün deyil?. Mayın 25-də prezidentin sərəncamı ilə ?Azərmətbuatyayım? Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Səfərli KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktor təyin edilib. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu aprelin 3-də yaradılıb. Nizamnaməyə görə, fondun əsas məqsədi kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir. [b]Yeni Musavat[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR