?Əks-səda? Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi qadınları bir araya topladı

img

25-05-2009 [03:35]


?Əks-səda? Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Qadın problemlərini həlli: mövcud vəziyyət və çıxş yolları? layihəsi çərçivəsində ?Qadın problemlər və cəmiyyət ? mövzusunda ilk dəyirmi massanı keçirib. Müxtəlif media qurumlarını və QHT-ləri təmsil edin 25 qadının iştirak etdiyi toplantıda Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi də iştirak edib. ?Əks-səda? BJTM-nin rəhbəri Sevinc Kərimova layihə haqqda xanımlara məlumat verib: ?Ölkəmizdə qadın və kişilərin bərabər hüquq və imkan azadlıqları prinsipi Azərbayjan Respublikası Konstitusiyasında ifadə olunur. Məsələ eyni zamanda bir sıra hüquqi aktlar, prezident fərman və sərənjamları, həmçinin hökumət qərarları ilə də tənzimlənməkdədir. Lakin bu istiqamətdə ən sistemli addım kimi 2006-jı ildə prezident İlham Əliyevin fərmanı ilə ?Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında? Azərbayjan Respublikasının Qanununun qüvvəyə minməsini göstərmək mümkündür. Sənəddən məqsəd jinsi mənsubiyyətə görə ayrıseçkiliyin bütün formalarını aradan qaldırmaqla kişi və qadınlara ijtimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaq və bununla da gender bərabərliyini təmin etməkdir. Qanun jinsi ayrıseçkiliyi qadağan edir. Göründüyü kimi, Azərbayjan dövləti bu sahədəki çətinliklərin aradan qalxmasında maraqlıdır və hazırkı dövrdə o üzərinə düşən tədbirləri həyata keçirir. Amma problemlər hələ də var. Bunun bir sıra obyektiv səbəbləri var və onlardan da konkret xoşagəlməz situasiyalar doğur. Həmin halların subyektləri qismində ayrı-ayrı fərdlər, vətəndaşlar çıxış edirlər. Mövjud vəziyyətə səbəb olaraq ümumən jəmiyyətin bütün təbəqələrinin üzləşdikləri sosial çətinlikləri göstərmək mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR