Bahar Muradova: ?Jurnalistə qarzı ittihamın absurd olduğu məhkəmədə isbat edilməlidir?

img

22-05-2009 [03:07]


Bu gün Milli Məclisin iclasında carı məsələlərin müzakirəsi zamanı Ümid Partiyasının sədri İqbal Ağazadə jurnalistlərin həbsi məsələsini qaldırıb. ?Media forum? saytının məlumatına görə, İ.Ağazadə ?Xalq qəzeti?nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun hazırda məhkəməsinin getdiyini və daha bir jurnalistin həbsə atılması təhlükəsinin olduğunu deyib: ?Sadəcə ittiham aktına baxmaq kifayət edir ki, onun haqqında edilən şikayətin qurama olduğu görünsün. Əgər məhkəmə onun həbsinə qərar versə, Azərbaycanın adı bir daha ədalətsiz məhkəmə qərarına, qurama ittihama görə beynəlxalq təşkilatların hesabatlarında mənfi mənada hallanacaq?. Milli Məclis sədrinin müavini Bahar Muradova məsələyə münasibət bildirərkən M.İsmayıloğlunu yaxşı tanıdığını, ?Xalq qəzeti?nin baş redaktoru işlədiyi müddətdə onun Heydər Əliyev siyasətini dəstəkləyən gözəl yazıların müəllifi olduğunu bildirib: ?Başa düşürəm, insandır, kiminsə dünyagörüşü, mövqeyi dəyişə bilə. Bəs necə olur ki, indi işi məhkəməyə düşən adamdan xalq qəhrəmanı düzəltmək istəyirlər? O ki qaldı məhkəməyə... Biz məhkəməyə nəsə desək, bu siyasi təzyiq kimi qiymətləndirilə bilər. İttihamın absurd olduğu məhkəmədə isbat edilməlidir?. M.İsmayıloğlu 2008-ci ilin yayında polis zabiti olan bağ qonşusunun qulluqçusu Nəsibə Səfərovanın şikayəti üzrə istintaqa cəlb olunub. N.Səfərova Abşeron Rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsində jurnalistin iyunun 21-də onu təhqir edərək döydüyünü yazıb. İş Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsiylə araşdırılır. Həmin maddədə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Jurnalist cinayət işini yazıları ilə bağlayır. M.İsmayıloğlu 6 il ?Xalq qəzeti?nin baş redaktoru işləyib. İşdən 2002-ci ildə çıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR