Arif Quliyevin sirri açıldı

img

17-05-2009 [05:33]


[b]Xalq artisti: "Bəzən bir xanımla gizli görüşüm olur. Sadəcə, 1-2 saat həmfikir olmaq, "dadına" baxmaq istəyirəm[/b]" Dünən xalq artisti Arif Quliyevin 59 yaşı tamam oldu. Bu münasibətlə onunla görüşdük. Amma aktyorun "Reytinq"ə verdiyi müsahibə heç də gözlədiyimiz kimi şən notlardan ibarət olmadı. [b]- Arif bəy, ad günüzü təbrik edirik, Sizə yeni yaradıcılıq uğurları və cansağlığı arzulayırıq. [/b] - Minnətdaram. Amma təmtəraqlı ad günü planlaşdırmamışam. Gələn il isə yubileyimi geniş keçirmək pis olmazdı. [b]- Həyatınızın yarıdan çoxu səhnədə keçib. Xalq tərəfindən sevilən sənətçilərdənsiniz. Amma bəzən ünvanınıza ittihamlar səslənir ki, eyni ampluada çıxış edirsiniz. [/b] - Bunu deyənin yəqin görmə qabiliyyətində problem var. Ciddi rollarım az olmayıb. "Qəm pencərəsi", "Mənim ağ şəhərim" filmlərində və bir sıra tamaşalarda fərqli amplualarda çıxış etmişəm. [b]- Nə vaxtsa peşə seçiminizə görə peşman olmusunuz? [/b] - Yaradıcılıqla bağlı peşələr insanla bərabər dünyaya gəlir. Düzdür, məktəbdə oxuyanda bilmirdim hansı sahəni seçəcəyəm. Amma yumor hissim, insanları güldürmək qabiliyyətim var idi, hətta məni içəridən narahat edirdi. Nəticəsini özünüz bilirsiniz. [b]- Doğrudanmı incəsənət qurban tələb edir? [/b] - Bəli, bu bizim peşədə xüsusilə özünü biruzə verir. İnsanlar teatrda şüurlu şəkildə az maaşa çalışırlar və buna dözürlər, çünki daxillərində sənətə sevgiləri var. [b]- Hamını güldürən Arif Quliyev yalandan kimlərinsə üzünə gülürmü? [/b] - Heç kəsə pis olmamaq üçün gülərüz olmaq lazımdır. Düşmən qazanmaq, kiməsə pislik etmək, kiminsə çətinliyinə gülmək olmaz. [b]- Elə isə ciddi vəziyyətlərdə Sizi qeyri-ciddi qəbul etmirlər ki? [/b] - İnanmazsınız, amma belə hallar olmayıb. Maşınım yolda xarab olub, kömək çağırmışam, gəliblər. Bəlkə də aprelin 1-i olsaydı, başqa məsələ. [b]- Hər bir insanın tərs üzü də var. Daima yumorla yaşayan Arif Quliyevin necə? [/b] - İnsanın bir siması, bir xasiyyəti, bir sevgisi olmalıdır. İnsan hər şeydə özünü olduğu kimi göstərirsə, deməli, səmimidir. Təbii, mən də ciddi oluram. Amma bunun ikiüzlülüyə aidiyyəti yoxdur. Mən sadəliyə, səmimiliyə üstünlük verirəm. İnternat müəllimlərim bugünədək dəyişmədiyimi deyirlər. [b]- Populyarlığınız şəxsi həyatınıza mane olmur ki? [/b] - 29 ildir ailə qurmuşam. Ailəm, işim, sənətim - hər şey qaydasındadır. Min doqquz yüz çoxdanınkı ildən tanınıram. (Gülür). 1974-cü ildə Yeni il axşamında rəhmətlik Əliağa Əliyev, İsmayıl Osmanlı ilə çıxış etdiyim gündən indiyədək xalqın sevgisini hiss edirəm. Amma populyarlıq həyatıma elə bir güclü maneçilik törətməyib. Düzdür, bəzən bir xanımla gizli görüşüm olur. Sadəcə, 1-2 saat həmfikir olmaq, "dadına" baxmaq istəyirəm. Binaya girməmiş bilirlər ki, ora mən gəlmişəm. Bir iş görə bilmirsən. Buna görə bir dəfə görüşə gecə getdim, onda da liftdə ilişdim. Səhər məni liftdən usta çıxardı. Camaat da fikirləşirdi, görəsən mən kimə görə gəlmişəm. [b]- Hazırkı durumunuzdan razısınız? [/b] - Xalq artistiyəm, Prezident təqaüdü alıram. Toylardan, şənliklərdən də əlavə gəlirim olur. Bəs edir. Bəlkə də bədxərc olmasaydım, altımda "Qaz-31" deyil, "Prado" olardı. Çox əliaçığam. Amma pul əl çirkidir, ən əsası can sağlığıdır. [b]- Bir neçə il öncə müğənniliyə can atırdınız...[/b] - Verilişlərdə nə qədər danışmaq olar? Düşündüm, bir-iki yumoristik mahnı da oxuyum. İncəsənət sahəsində nə varsa, xalqa qarşıdır. Kiminsə bacarığı varsa, niyə oxumasın? Bu mənim hobbimdir. Özümü müğənni kimi görmürəm. İnstitutda imtahan vaxtı mahnı oxuyanda Həsən Seyidbəyli dedi ki, gülüş sahəsindənsə, müğənni ol. Amma mən yolumu qəti seçmişdim. Biz nəinki oxumağı, həm də rəqs etməyi, oratorluğu da bacarmalıyıq. Həmkarım Naibə Allahverdiyeva da oxuyur. Bu yaxınlarda lal-karlar üçün internatda konsert verəcək. Bu zarafatdır. [b]- İnsanları güldürən Arif Quliyevin dərdi varmı?[/b] - İnsana dərd də verilə bilər, sevinc də. Allahın rizası ilə razılaşmaq lazımdır. Zaman isə dayanmadan öz axarı ilə gedir. Gələnin və gedənin qarşısını kəsmək olmaz. Ölüm insanların son məqamlarının tacıdır. Buna görə də bu zaman kəsiyində sənə qismət veriləni yaxşı yaşamaq lazımdır ki, bircə söz qazana biləsən. Allah rəhmət etsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR