Məzahir Pənahov Hindistan səfiri ilə görüzüb

img

15-05-2009 [06:39]


Hindistanın Azərbaycandakı səfiri Debnad Şou bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, Məzahir Pənahov bildirib ki, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrin böyük tarixi var və bu, tarixin parlaq səhifələri kimi xatırlanır: ?Azərbaycan Sovet İttifaqının tərkibində olanda da Hindistanla çox yaxın dostluq əlaqələri yaranmışdı. Müstəqillik illərində münasibətlərimiz daha da inkişaf edib?. Səfir dost ölkə olaraq Azərbaycanda bir çox sahələrdə, o cümlədən demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində böyük nailiyyətlər əldə olunduğunu bildirib. Diplomat qeyd edib ki, bu işdə seçki qurumlarının üzərinə böyük yük düşür. MSK sədri isə qonağa seçki (referendum) qurumlarının təşkili və fəaliyyət prinsipləri, müşahidəçilik institutu, seçki qanunvericiliyi barədə məlumat verib, həmçinin ölkə vətəndaşlarının seçki hüquqlarının reallaşdırılması üçün mükəmməl qanunvericilik bazasının və dövlət başçısının siyasi iradəsinin mövcudluğunu qeyd edib. Diplomat isə gələcəkdə səfirliklə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR