Türkiyəli jurnalistlərin səfəri təxirə salındı

img

02-05-2009 [07:12]


Türkiyənin aparıcı KİV əməkdaşlarının Bakıya mayın 3-də nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat veriblər. Səfirliyin əməkdaşı türkiyəli jurnalistlərin ölkəmizə səfərinin təxirə salınmasını aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisələrlə əlaqələndirib: "Türkiyəli jurnalistlər səfər çərçivəsində son vaxtlar Ankara ilə Bakı arasında yaranmış gərginliyin səbəblərini araşdırmaq, Azərbaycan-Ermənistan münaqişəsi və ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər barədə ətraflı məlumat əldə etmək istəyirdilər. Amma aprelin 30-da baş verən qanlı hadisələr Azərbaycanın gündəmini dəyişdiyi üçün bu səfər təxirə salındı". Mənbə türkiyəli jurnalistlərin Azərbaycana səfərinin mayın ikinci yarısında reallaşacağını istisna etməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR