Regional Təhlükəsizlik institutu tanınmız içtimai-siyasi xadimlərin debatlarını təzkil edəcək

img

14-05-2009 [03:57]


Uzun müddət ?Space? teleradio sirkətində xəbərlər departamentinin direktoru vəzifəsində calışan Eldəniz Elgün Azərbaycanda Regional Təhlükəsizlik Bürosunun fəaliyyətini canlandırmaq niyyətindədir. 2005-cı ildə təsis edilən bu qurum həmin vaxt Eldəniz Elgüng qarşı milli və dini ayrı seçkilik maddəsi ilə cinayət işi açılandan və bir sıra başqa problemlər yaradılandan sonra məcburi olaraq təşkilatın fəaliyyəti dayandırmışdı. Bu gün isə keçirilən toplantıdan sonra 2005-ci ildə büro kimi fəaliyyətə başlayan təskilat institut kimi fəaliyyətini bərpa edib. Təşkilatın fəaliyyətini bərpa etməsinin əsas səbəb kimi son zamanlar regionda baş verən siyasi proseslər nəticəsində yalnış nəticələrin cıxarılması, içtimai rəyin caşdırılması, vətəndas cəmiyyətinin proseslərdən kənarda saxlanılması göstərilir. Bildirilir ki, bu problemlərin həlli üçün aktiv fəaliyyətə başlamaq zəruridir. İnstitutun direktoru Eldəniz Elgünün dediyinə görə, rəhbərlik etdiyi institut regionda bas verən proseslərin təhlili ilə məsğul olmaqla yanaşı, praktik proqramlarda həyata keçirəcək. E. Elgünün verdiyi açıqlamaya görə institutda regionlar üzrə 14 masa fəaliyyət göstərəcək və bu masalara təşkilata heç bir bağlılığı olmayan QHT rəhbərləri və tanınmış içtimai xadimlər, müstəqil ekspertlər rəhbərlik edəcək. İnstitut ilk olaraq hər həftə bütün QHT-ə, mətbu orqanlara və aktiv içtimai təşkilatlara həftəlik analizlər təqdim edəcək, tanınmış içtimai-siyasi xadimlərin debatlarını təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR