Şirvan şəhərində Xocalı soyqırımının qurbanları yad edilib -Tədbir (FOTOLAR)
25-02-2023 [21:48]
Bu gün Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Şirvan şəhər Şəhidlər Xiyabanında yaradılan “Şəhid anası” memorial abidə kompleksinin qarşısında Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xatirə tədbiri keçirilib.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə yaradılan lövhənin önünə tər qərənfillər düzüb. Faciə qurbanlarının xatirəsi dərin hüzn və ehtiramla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov abidə qarşısında çıxış edərək, Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin və onun qurbanlarının heç vaxt unudulmayacağını bildirib. Faciənin baş verdiyi tarixi şəraitdən və Xocalı sakinlərinin başlarına gətirilən müsibətlərdən danışıb.
Xocalı soyqırımına ilk dəfə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə parlamenti tərəfindən siyasi-hüquqi qiymət verildiyini, 26 fevralın Xocalı soyqırımı günü elan edildiyini, təqsirkarların cəzalandırıması istiqamətində tədbirlərin həyata keçrilməsinə başlanıldığını xatırladıb.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əldə olunan nailiyyətlərin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət!" kampaniyasınin sistemli fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Hər il paytaxtda olduğu kimi Şirvan şəhərində də faciə qurbanlarının xatirəsinə 613 ağac əkildiyini diqqətə çatdırıb. 2020-ci ilin sentyabrın 27-də başlanan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan igid oğullarımızın şücaəti və qəhrəmanlığı ilə 30 ildən sonra torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması ilə bütün şəhidlərimiz kimi Xocalı qurbanlarının da qisasının alındığını bildirib. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq sayəsində tarixi Qələbənin təmin olunduğunu vurğulayıb. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işləri nəticəsində Qarabağımızın yenidən dirçələcəyini və cənnətə çevriləcəyini bldirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Sonra Şirvan şəhərində məskunlaşan Xocalı sakini Arif Əzizov Azərbaycan xalqının tarixi torpağı olan Xocalıda yaşadığı illərdən danışıb.
Xocalının füsunkar gözəlliyindən, tanınmış şəxslərindən bəhs edib. Milli Qəhrəman Əlif Hacıyevin igidliyini və şücaətini ehtiramla xatırlayıb. 30 il ərzində Vətən həsrəti ilə yaşadığını, bu illər ərzində gec-tez ölkə başçısının rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı azad edəcəyinə hər zaman inandığını qeyd edib. Xocalı sakinlərinə göstərdikləri diqqətə və Xocalı faciəsini beynəlxalq miqyasda tanıtdıqlarına görə ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb