Mətbuat Şurasında Ağ Evin sabiq mətbuat katibi ilə görüz keçirilib

img

13-05-2009 [07:12]


Bu gün Mətbuat Şurasında ABŞ prezidentinin sabiq mətbuat katibi xanım Deyna Perino ilə görüş keçirilib. Tədbirə aparıjı qəzetlərin, informasiya agentliklərinin və curnalist təşkilatlarının rəhbərləri qatılıblar. MIA-nın yaydığı xəbərə görə, MŞ sədri Əflatun Amaşov amerikalı qonağa Azərbayjan mətbuatının hazırkı durumu barədə məlumat verib. Onun sözlərinə görə, ölkə KİV-lərinin ən böyük sıxıntısı onların iqtisadi jəhətdən özlərini təmin edə bilməmələridir. MŞ sədri bu kimi problemlərin aradan qaldırılması istiqamətində rəhbərlik etdiyi qurumun fəaliyyətindən, eləjə də media peşəkarlığı sahəsində həyata keçirdiyi layihələrdən söhbət açıb. ABŞ-ın ölkəmizdəki Səfirliyinin ijtimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson əksəriyyətin brifinqlərdə gördüyü, gündəlik həyatını bu sahəyə həsr edən D.Perinonun curnalist və sözçü kimi təjrübəsindən danışıb. Sonra xanım Perino həyat və fəaliyyətindən, taleyini media ilə bağlayan olaylardan, mətbuat katibi vəzifəsində çalışdığı müddətdə Ağ Evdə qarşılaşdığı spesifik situasiyalardan, iş xüsusiyyətlərindən danışıb. Bu xüsusda o, məlumatların çevik çatdırılması mexanizmlərindən, gündəlik brifinqlərin təşkili qaydalarından söz açıb. ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, ?Azəri pres? Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı, Media Hüququ İnstitutunu direktoru Rəşid Hajılı, ?Azadlıq? qəzetinin baş direktoru Azər Əhmədov, ?Yeni Müsavat? qəzeti baş redaktorunun birinji müavini Azər Ayxan, ?Yeni zaman? və ?Novoye vremya? qəzetinin baş redaktoru Şakir Ağayev və başqaları mövzu ilə bağlı fikirlərini bölüşməklə yanaşı, qonağa mətbuat xidmətlərinin nümunəvi fəaliyyətinin nəzəri əsasları, ABŞ-da dövlət qurumlarının ilkin mənbə daşıyıjısı kimi başlıja funksiyaları və digər məsələlər barədə suallar ünvanlayıblar. D.Perino müzakirələr gedişində diqqəti mətbuatın tədrijən İnternet resursları ilə əvəzlənməsi tendensiyasına yönəldib. O bunun bir sıra jəhətlərindən bəhs etməklə yanaşı bildirib ki, həmin proses fonunda ABŞ-da curnalistika fakultələrində təhsilə maraq artıb. Ölkəmizdə curnalistikanın tədrisi ilə maraqnanan qoqağa ali məktəblərimizin curnalist kadrları hazırlanması istiqamətindəki təjrübəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbayjanın onadək ali təhsil müəssisəsində curnalistika fakultələri fəaliyyət göstərməkdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR