Şöbə müdiri: “Kiş çayında sel gözlənilmir”
27-02-2023 [19:16]
Son günlər bəzi kütləvi informasiya vasitələrində yaz aylarında Kiş çayında sel təhlükəsinin gözlənilməsi barədə məlumatlar yayılır.
Bu barədə Mia.az-a açıqlama verən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Kiş çayı regionun çayları içərisində ən çox öyrənilən çaylar sırasındadır. Şəkidə baş verən sel və daşqınların səbəblərinin öyrənilməsi və araşdırılması məqsədilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları tərəfindən ərazidən keçən dağ çaylarında ekoloji və geoloji monitorinqlər aparılır, torpaq və bitki örtüyü müayinə olunur.
Şöbə müdiri qeyd edib ki, indiyədək Akademik H. Əliyev adına Coğrafiya İnstitutu və Şəki Regional Elmi Mərkəzinin birgə apardıqları tədqiqatlar nəticəsində Kiş çayı hövzəsindəki sel əmələgəlmə şəraitinə hərtərəfli aydınlıq gətirilib.
Y.Rəhimov bildirib ki, ötən ilin payız-qış mövsümlərində və cari ilin əvvəlində qlobal iqlim dəyişkənliyi ilə əlaqədar müşahidə edilən quraqlıq, yağıntıların az olması, yüksək dağlıq ərazilərdə qar örtüyünün normadan aşağı səviyyədə formalaşması ilə bağlı müşahidələr, güclü leysan yağışlarının yağması ehtimalı istisna olunmaqla, hər hansı sel hadisəsinin olacağı ilə bağlı söylənilən fikirlərə, ümumiyyətlə əsas vermir.
Qurum rəsmisi Şəki şəhərinin müxtəlif illərdə Kiş çayının sol sahili boyu inşa edilmiş istinad divarları vasitəsilə sel hadisələrindən kifayət qədər mühafizə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, aidiyyəti təşkilatlar tərəfindən çayın gətirmə konusunda ilin bütün fəsillərində, o cümlədən qış aylarında da zəruri və qabaqlayıcı tədbirlər görülür.
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb